Bazar , Oktyabr 18 2026
azfa

Azərbaycanlı xanım jurnalist və yazıçı dəfn edilib

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, azərbaycanlı yazıçı, şair, jurnalist və mədəni fəal Mojgan Siyami Ərdəbildə aprelin 7-də dəfn edilib.

Çox sayda insanın iştirakı ilə keçirilən vida mərasimində azərbaycanlı xanım yazıçı Ərdəbilin Qasimiyyə qəbristanlığında dəfn edilib.

Azərbaycanlı milli fəal Əqil Azərdoxt həmin mərasimdə çıxış edib.

Qeyd edək ki, azərbaycanlı yazıçı, şair, jurnalist və mədəni fəal Mojgan Siyami Ərdəbildə aprelin 6-da dünyasını dəyişmişdi.

1971-ci ildə Ərdəbildə anadan olan Mojqan Siyami Ərdəbilidir, Azərbaycan türkcəsi və fars dillərində yazıb yaradıb. O, Ərdəbildə dərc olunan “Saray” nəşrinin rəhbəri olub.

Dinc fəaliyyətlərinə görə həbs edilən Mojqan Siyaminin həyatına iki dəfə sui-qəsd olub. O, uzun müddət həbsdə qalıb.

2017-ci ildə İranda keçirilən prezident seçkilərinə dini siyasətdən ayıracağı şüarı ilə qatılan azərbaycanlı xanım rejimin ETTELAAT qüvvələrinin hədəfinə çevrilmişdi.

https://t.me/GADTB1/34291

Həmçinin yoxlayın

Rusiya və Çin İrana yardım etməklə ABŞ-ın müharibədə xərclərini artırmağa çalışıblar

GADTB: İran və ABŞ arasında müharibə artıq yalnız iki köhnə düşmənin qarşıdurması deyil. Raket hücumları …

Türkiyə orduya daha 80 ANKA-3 verəcək

GADTB: Türkiyə mediası məlumat yayıb ki, Türkiyə Silahlı Qüvvələri arsenalına daxil etmək üçün 80 ədəd …