Çərşənbə , May 8 2024
azfa

Azadlıq dalanı: azərbaycanlı siyasi məhbus Əlirza Fərşiyə qrafit çəkildi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycanın Ərdəbildə şəhərində azərbaycanlı siyasi məhbus Əlirza Fərşiyə dəstək məqsədilə Azadlıq dalanı tablosu altında qrafit çəkiblər.

Bu məqsədlə aprıl ayının 10-da Ərdəbil şəhərində bir qrup azərbaycanlı milli-mədəni fəallı ana dili uğrunda fəaliyyətinə görə həbs edilən Əlirza Fərşiyə dəstək məqsədilə şəhər divarlarında, özəlliklə Azadlıq dalanında onun qrafitini çəkiblər.

Azərbaycanlı milli-mədəni fəallar bu aksiyaları və simvolik olaraq Azadlıq dalanın adını Əlirza Fərşi dalanı qoymaqla, azadlığın dala dirəndiyinə və siyasi məhbusun İran məhkəmə sisteminin ədalətsiz qərarlarına və basqılarına qarşı əhalinin diqqətini cəlb etməyə çalışıblar.

Bu həm də ona işarədir ki, İranda “Azadıq” sözü yalnız küçə və meydanların adında özünü göstərir. Mədəni fəallar bu simvolik hərəkətləri ilə həmdə reallıqda ölkədə azadlığın olmadığına işarə edirlər.

Azərbaycanlı milli-mədəni fəal Əlireza Fərşi Şərif Texnologiya Universitetində kompüter mühəndisliyi üzrə magistr dərəcəsi alıb.  Mədəni fəaliyyətlərinə, o cümlədən Azərbaycan kəndlərində türk dilində kitablarından ibarət kitabxanaların yaradılmasına və Ana dilində tədris kampaniyası başlatdığına görə bir neçə dəfə tutulub və həbs edilib.

Azərbaycanlı fəal hazırda Tehran zindanında məhbus həyatı yaşayır. Bir neçə gün öncə zindanda rejim tərəfindən şərlənərək barəsində daha bir cinayət işi açılamış və həbs müddəti daha 50 ay uzaldılmışdı.

Həmçinin yoxlayın

Güney Azərbaycanda tarixi qala məhv edilir

GADTB: Güney Azərbaycanın Muğan bölgəsində yerləşən tarixi Ultan qalası ərazidə aparılan qanunsuz tikinti işləri səbəbindən …

Azərbaycanlı məhbusun həyatı təhlükədədir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejimin Kərəcin Qızıl Hisar zindanında həbsdə …