Çərşənbə , Oktyabr 21 2026
azfa

Azərbaycanlı siyasi məhbus Lətif Həsəninin 8 ilə yaxın həbsdən sonra azadlığa çıxacağı gözlənilir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, azərbaycanlı siyasi məhbus dr.Lətif Həsəni 8 ilə yaxın həbsdən sonra azadlığa buraxılacağı gözlənilir.

Qeyd edək ki, dr. Lətif Həsəni barədə yeni qərar keçən bazar günü Şərqi Azərbaycanın Apelyasiya Məhkəməsinin 6-cı şöbəsi tərəfindən çıxarılmışdı və qərara görə siyasi məhbusun həbs müddəti 9 ildən 6 il 8 aya endirilib. Həmin qərara əsasən fəal həbs müddətindən də artıq həbsdə saxlanıldığı üçün sərbəst buraxılıb

Dr.Lətif Həsəninin 7 il 11 ay idi ki, həbsdə saxlanılırdı. Fəalın Azərbaycan türk millətinin hüquqlarının müdafiəsi uğrunda partiya yaratmağa cəhd göstərdiyi üçün həbs edilmişdi.

Həmçinin yoxlayın

Təbrizdə Vahid Vidafərin bir paylaşımı bəyənməsinə görə 75 gündür həbsdə saxlanıldığı və taleyinin qeyri-müəyyən olduğu bildirilir

GADTB: Təbriz şəhərində yaşayan Vahid Vidafər həbs olunmasından 75 gün keçməsinə baxmayaraq, hələ də taleyi …

Azərbaycanlı siyasi məhbuslara təzyiqlər artır: Milli fəallar Təbriz həbsxanasında ümumi cinayət məhbuslarının saxlanıldığı kameralara köçürülüb

GADTB: Yayılan məlumatlara görə, Azərbaycanlı siyasi məhbuslar Yürüş Mehrəlibəyli, Əli Babayi və Əli Nəjadabbasi Bostanabadinin …