Çərşənbə axşamı , Oktyabr 15 2024
azfa

Azərbaycan ərazisində padar yaşayış məskənləri

GADTB: Padarlar oğuz tayfalarından biridir. Padar adının dəqiq mənası məlum deyil. Bir versiyaya görə, “padar” Monqol komandiri Cağatay oğlu Baydarın, adının fonetik təhrifidir. Başqa birinə görə, padar sözü “cəsur” deməkdir. Həm də türk dillərindəki “badar” sözü “kiçik bir sahə, tarla” mənasını verir. İndiyə qədər Azərbaycan dilində əhali olmayan, boş yerlərə “padar-bucaq” deyilir (“boş torpaq” anlayışında). Padarlar, Türküstandan Azərbaycana (Araz çayının cənubunda) Elxanilər dövründə köçürüldülər. XVI əsrin əvvəllərindən bəri padarlar Qızılbaş tayfa konfederasiyasının bir hissəsi olmuşdurlar.

XVI əsrin ortalarından etibarən, Şirvanda gücünü möhkəmləndirmək və dağ tayfalarına qarşı, Səfəvi hökuməti, böyük və döyüşkən bir qəbilə olan Padarları Şirvana, müasir Azərbaycan Respublikası ərazisinə köçürdü. Padarların yaşayış məntəqələri (türk dilində – “oba”) Dərbənddən Muğan çölünə gədər səpələnmiş və hərbi məskunlaşma zənciri təşkil etmişdirlər. Onların ən məşhurları Padar, Padarqışlaq, Axtaçı, Yekyaqurşağlıdır. XIX əsrdə, yaşayış məntəqələri Quba qəzasında – Şabran-Padar, Armud-Padar; Göyçayda – Padar-Gülməli; Ağdamda – Qaradağlı-Padar; Şamaxı, Nuxa (Şəki) və Cəbrayil rayonlarında – Padar.

Qazax xalqında Padar sözünün mənfi bir məna daşıdığı bilinir. Bir qazax kiməsə nifrət etdikdə, qohum və ya düşmənə ona qarşı – “Padar’ına lənət” ifadəsini istifadə edir.

Fotoşəkildə Padar qəbiləsindən olan hərbi xadim, Şeyx Dursunun Ağsudaki türbəsi əksini tapıb. Bu məqbərənin fərqli bir xüsusiyyəti, daxili konturun çadırın xarici formasını izləməsidir.

rizvan-bunturk

Həmçinin yoxlayın

Molla rejimindən daha bir irqçi addım; İran Aviasiya Təşkilatı türkcədən istifadəni qadağan etdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejimi daha bir irqçi addımla türk …

Avropa İttifaqı İrana Rusiyaya raket tədarükünə görə sanksiyalar tətbiq edib

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Avropa İttifaqı Şurası bəyanat yayaraq İrana sanksiya tətbiq …

Bir cavab yazın