Bazar ertəsi , Oktyabr 26 2026
azfa

Babək Nəhreynin Azərbaycan aşıqlarından üzr istədi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, aşıqları təhqir edən Babək Nəhreynin Azərbaycan aşıqlarından üzr istəyib.

Bununla bağlı Şərqi Azərbaycanda Mədəniyyət və İrşad İdarəsinin rəisi Qasim Nazimi mediaya açıqlamasında təbrizli komediyaçı Babək Nəhreynin Azərbaycan aşıqlarını aşağılayan proqramı ilə bağlı açıqlama verib.

O bildirib ki, Babək Nəhreynin həmin proqramından sonra mədəniyyətsevər və mədəni fəalların etirazlarını nəzərə alaraq həmin idarədə hər iki tərəfin iştirakı ilə toplantı keçirib.

Nazimi deyib: “Toplantıda Babək Nəhreyn verilişdən məqsədinin aşıqları aşağılamaq olmadığını, bu vasitə ilə Azərbaycan aşıq sənətini daha çox tanıtdırmağa çalışdığını, bunun yanlış anlaşıldığı üçün bütün aşıqlar və azərbaycanlılardan üzr istədi”.

Qeyd edək ki, bir neçə gün öncə Babək Nəhreynin Coker proqramında Azərbaycanın milli mədəniyyətinə, geyiminə, dilinə, tarixinə və əsil musiqisinə qarşı komediya adı altında nalayiq hərəkətlər edib.

Buna görə də Şərqi Azərbaycan “Aşıqlar” Mədəniyyət və İncəsənət Dərnəyinin sədri Məhəmməd İbadi bu məsələyə məhkəmə orqanları vasitəsilə aydınlıq gətirməyə məcbur olduqlarını və komediyaçını məhkəməyə verdiklərini bildirib.

Həmçinin yoxlayın

Özbəkistan Səmərqəndin tarixi irsinin fars irsi kimi təqdim edilməsinə etiraz etdi; İranın səfiri çağırıldı

GADTB: Özbəkistan Xarici İşlər Nazirliyi İranın bəzi diplomatik nümayəndəliklərinin Səmərqəndin tarixi irsinin bir hissəsinin “İran-islam …

İran-ABŞ arasında vasitəçilik üçün Qətər nümayəndə heyəti Tehrana gedib

GADTB: “Al Araby Al Jadeed” nəşri xəbər verib ki, İran və ABŞ arasında vasitəçilik səyləri …