Cümə , Aprel 26 2024
azfa

Bakıda Türk Şurasının VII Zirvə Görüşü keçirildi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, bu gün oktyabrın 15-də Bakıda Türk Dövlətlərinin Əməkdaşlıq Şurasının VII Zirvə Görüşü keçirilib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Zirvə Görüşünü açaraq dövlət və hökumət başçılarını salamlayıb.

Sonra Qırğız Respublikasının Prezidenti Sooronbay Jeenbekov çıxış edib. Prezident çıxışında Türk Dövlətlərin Əməkdaşlıq Şurasına sədrliyin Azərbaycana keçdiyini deyib.

Prezident İlham Əliyev Zirvə Görüşündə çıxış edib.

Sonra dövlət başçısı “Türk dünyasının Ali Ordeni”ni Qazaxıstan Respublikasının birinci Prezidenti, Türk Dövlətlərinin Əməkdaşlıq Şurasının fəxri sədri Nursultan Nazarbayevə təqdim edib.

Zirvə Görüşündə Qazaxıstan Respublikasının birinci Prezidenti Nursultan Nazarbayev, Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan, Özbəkistan Respublikasının Prezidenti Şövkət Mirziyayev, Macarıstanın Baş naziri Viktor Urban, Türkmənistan Baş nazirinin müavini Purli Ağamuradov, Türk Dövlətlərinin Əməkdaşlıq Şurasının Baş katibi Bağdad Amreyev çıxış etdilər.

Azərbaycan Prezidenti İlham Əliyev Türk Dövlətlərinin Əməkdaşlıq Şurasının VII Zirvə Görüşünə yekun vurub.

Həmçinin yoxlayın

“Tərcüman” İranın Zəngəzur dəhlizindən qorxusunu işıqlandırdı

GADTB: Yenidən fəaliyyətə başlayan Krım_türklərinə məxsus “Tərcüman” televiziyası İranın Türk dünyası və Zəngəzur dəhlizindən qorxmasından …

Qumda Azərbaycana qarşı növbəti tədbir keçirildi

GADTB: Aprelin 24-də İranın Qum şəhərində bundan əvvəl Suriyada SEPAH-ın yaratdığı qanunsuz qruplaşmanın tərkibində döyüşən …

Bir cavab yazın