Bati Albaniya və Ərməntarixi haqqda qisaca

GADTB: Qərbi Azərbaycan ərazisinin qədim Türk tarixi ilə bağlı bilgilərə qədim Asur və Urartu mixi yazılarında da tez-tez rast gəlirik. Öncə xatırladaq ki, e.ə. 1200-cü ilə aid Asur yazılarında adı çəkilən türksoylu Xarxar//Qarqar ölkəsinə həm də indiki Qərbi Azərbaycan ərazisi daxil idi. Təsadüfi deyil ki, Xarxar//Qarqar//Gərgər//Herher variantlarında günümüzə qədər gəlib çıxan bu etnonimin izləri bu gün Bütöv Azərbaycan, o cümlədən Qərbi Azərbaycan ərazisində qeydə alınmış yüzlərlə toponimdə yaşamaqdadır. Təkcə elə İrəvan xanlığı tərkibinə daxil olan 15 mahaldan 2-si(Qarnibasar və Qarbibasar) bu etnosun adını daşımışdır.

Urartu mixi yazılarında Qərbi Azərbaycan ərazisinə dair məlumatlara e.ə. VIII yüzilin əvvəllərindən başlayaraq rast gəlirik. Belə ki, e.ə. 782-ci ildə Urartu çarı I Argişti Araz çayını keçərək mənbələrdə “Az ölkəsi” adlanan indiki “Ermənistan” ərazisinə daxil olmuş, Göyçə gölünə qədərki böyük bir ərazini işğal etmiş, İrəvan şəhəri yerində Qanlıtəpə adlanan yüksəklikdə İrpuni//Erebuni(əslində “Ərlər ölkəsi” anlamında Er-bi-uni) və Sərdarabad mahalı ərazisində Argiştihinili//Argiştixinili (Argişti-han-eli) qalalarını tikdirmişdir. Bütün bunlar barədə həmin ərazilərdən tapılmış Urartu kitabələrində aydın bəhs edilmişdir.

Lakin Urartu çarları II Argiştinin (Ar-quz-tunun), onun oğlu II Sardurun

(As-ar-turun), onun oğlu I Rusanın (Ar-usun) indiki Cənubi Qafqaz ərazisinə

yürüşləri və bu ərazilərin böyük bir hissəsini işğalı nəticəsində şimala çəkilən bəzi Az boyları bir müddət sonra möhtəşəm yürüşlə geri qayıtmış, tarixə Qamərlər adı ilə düşən həmin boylar e. ə. 715-ci ildə I Rusanın qoşunlarını darmadağın edərək Cənubi Qafqazdan çıxarmışlar. Bununla belə, bir qədər sonra Qamərlərin ardınca Cənubi Qafqaza enən Sak türkləri öz Qamər soydaşlarının burada, xüsusilə Qərbi Azərbaycan ərazisində şəriksiz hökmranlığına imkan verməmiş, onları Arazın cənubuna sıxışdırmış və Cənubi Qafqaz ərazisində özlərinin dövlət qurumunu yaratmışlar. “Bibliya”da Aşkenaz, arman mənbələrində Aşxanas adları ilə qeydə alınan bu dövlətin – Sak//Skif//İskit//İĢquz//İç Oğuz çarlığının başında Azkan adlı

hökmdar durmuşdur. Cənubi Qafqazda türk boylarının bir-birini bu cür əvəz etməsi ardıcıllığı V yüzil arman tarixçisi Moisey Xorenlinin qələmə aldığı armanların nəsil şəcərəsi ilə

də üst-üstə düşür:

Nuh – Yafəs – Qamər – Tur – Turqam – Azkan.

Armaniya ölkə adının tarix səhnəsinə gəlişi də məhz bu dövrə – Urartu

dövlətinin süqutu, onun ərazilərinə Qamər-Sak boylarının qayıdışı dövrünə təsadüf edir. Artıq Urartunun böyük bir hissəsində, xüsusilə şimal torpaqlarında

hegemonluq Qamər-Sak boylarının əlində idi və bu vaxt həmin ərazilərdə Arman

dövlətinin yaranmasında həmin boyların həlledici rolu olmuşdur. Lakin

Armaniyanın təşkilində Qamər-Sak boyları çoxluq təşkil etsələr də, üstünlük yerli – Urartu (Bian eli) türk, xüsusilə Ərlər//Ərər (Qarqar// Gərgər) boylarında

qalmaqda idi. Ölkənin Armaniya adına gəldikdə isə, bu da Ərlər anlamındakı

Urartu (Ararat//Ərərat) adının həmin anlamda yeni ifadə formasından başqa bir şey deyildi.

Nəhayət, Makedoniyalı İsgəndərin gərcə yürüşü ilə bağlı e. ə. IV yüzilin 2-ci yarısında Sak padşahlığı süqut edir və bu nəhəng Türk dövlətinin şimalı ilə cənubu arasında kəskin ayrılma baş verir, şimalda və cənubda bir sıra yeni Türk

dövlətləri (Atropatena, Albaniya, Sisakan, Sakasena və s.) yaranır. Bu vaxt

Armaniya yunanların işğalı altına keçir, e.ə. 321-ci ildə Selevkilər dövlətinin

tərkibinə qatılır. Həmin tarixdən e.ə. 202-ci ilə qədər Armaniyada türksoylu

Oruzlar/Oğuzlar (Sak boyundan) sülaləsi, e.ə. 202-ci ildən etibarən isə əslən

midiyalı Artaşlar (Qamər boyundan) sülaləsi hakimiyyətdə olur. Oruzlar

sülaləsindən sonuncu hökmdar Artabası Artaşlar sülaləsindən Artaş əvəz edir.

Əziz Ələkbərli,

Tarixçi – Alim və

Millət Vəkili.

Həmçinin yoxlayın

Almatıda Azərbaycan və Ermənistan xarici işlər nazirlərin görüşü başladı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Almatıda Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovla ermənistanlı …

Təbrizdə İranın müstəmləkəçilik siyasətinə etiraz olaraq vərəqələr yayıldı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Təbriz şəhərində İranın müstəmləkəçilik siyasətinə etiraz olaraq aksiya …