Çərşənbə , Sentyabr 23 2026
azfa

Azərbaycan ordusu ermənilərin təxribatına cavab olaraq irəlilədi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Azərbaycan hərbçiləri sentyabrın 21-də Xocavənd rayonunun Cütçü kəndi istiqamətində dayandığı nöqtədən irəli gedərək, rus sülhməramlıları ilə aradakı neytral əraziyə yerləşib.

Bu məlumatı erməni mediasına Cütçü kəndi icmasının rəhbəri Lernik Avanesyan verib.

O deyib ki, Azərbaycan Ordusunun 1200 metr irəlilədiyinə dair Rusiya sülhməramlılarına məlumat verib:

“İnsident yerinə general Yeqorov gəldi. Danışıqlar davam edir”.

O, Azərbaycan Ordusunun separatçıların bayrağının Amaras monastır kompleksindən çıxarılmasını tələb etdiyini, rusiyalı hərbçilərin isə toqquşmadan qaçmaq üçün separatçıların bayrağını Ermənistan bayrağı ilə əvəz etməyi təklif etdiyini bildirib. Avanesyan bayrağın dəyişdirilməsi danışığında şəxsən iştirak etdiyini söyləyib.

Bununla belə separatçıların bayrağının hələlik dəyişdirilmədiyi vurğulanıb.

Həmçinin yoxlayın

Uitekaf və Əraqçi Nyu-Yorkda danışıqlar aparıb

GADTB: ABŞ-ın xüsusi nümayəndəsi Stiv Uitekaf bildirib ki, çərşənbə axşamı, 22 sentyabr 2026-da BMT Baş …

Tramp: İranla bağlı böyük qərar verməliyəm – razılaşma, yoxsa İranın məhv edilməsi

GADTB: ABŞ Prezidenti Donald Tramp İranla bağlı çıxışında deyib: “Qarşıda böyük bir qərar verməliyəm. İranla …