Çərşənbə axşamı , Oktyabr 20 2026
azfa

Bayraktar Akıncı ilk atış sınağını uğurla tamamladı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Türkiyə Müdafiə Sənayesi Sədrliyinin rəhbərliyi ilə həyata keçirilən layihə çərçivəsində “Baykar” şirkəti tərəfindən yerli və milli imkanlarla hazırlanan Bayraktar Akıncı İnsansız Hava Vasitəsi (TİHA) ilk atış sınağını uğurla tamamlayıb.

Bu barədə şirkətin texniki direktoru Selçuk Bayraktar verdiyi məlumatda bildirib ki, daha əvvəl bir çox testi müvəffəqiyyətlə tamamlayan Türkiyənin ilk insansız hava hücum vasitəsi “Bayraktar Akıncı” ilk atış testi üçün Türkiyənin milli raket sistemləri istehsalçısı “ROKETSAN” tərəfindən milli imkanlarla hazırlanan “MAM-C”, “MAM-L” və ilk dəfə istifadə olunan “MAM-T” yeni nəsil sursatları ilə işə salınıb. Sursatlı uçuş testi kampaniyasının ilk uçuşu “Akıncı PT-3” ilə aprelin 17-də baş tutub. Aprelin 21-də ikinci uçuş, 22-də isə ilk atışlar həyata keçirilib.

Həmçinin yoxlayın

Təbrizin Səhənd stadionunda türklərə qarşı irqçiliyə etiraz çağırışı edildi

GADTB: Cənubi Azərbaycanın müxtəlif şəhərlərində fəaliyyət göstərən Traxtur futbol klubunun azarkeş qrupları Ənzəlidə türklərə qarşı …

İrqçi fars rejimin Xəzərin türk adını dəyişmək üçün yeni cəhdi

GADTB: İran İslam Respublikasının Mədəni İrs, Turizm və Sənətkarlıq naziri Seyid Rza Salehi-Əmiri “Xəzər” adının …