Bazar ertəsi , Oktyabr 19 2026
azfa

Erməni patriarx uydurma soyqırımı siyasi alətə çevirməməyə səslədi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə,  Türkiyə ermənilərinin 85-ci patriarxı Sahak Maşalyan “Anadolu” agentliyinə açıqlamasında deyib ki, “Xalqımızın kədərini və əcdadımızın müqəddəs xatirəsininin bəzi ölkələr tərəfindən gündəlik siyasi məqsədlərə alət edildiyini görmək bizi məyus edir”.

Onun sözlərinə görə, on illərdir bu mövzunun parlamentlərin gündəliyinə çıxarılmasının yaratdığı gərginliklər iki xalqın yaxınlaşmasına xidmət etmir:

 “Əksinə, düşməncəsinə duyğuları təhrik edərək, barışmanın gecikməsinə yol açır. Əvvəlcə dostluq və səmimiyyət körpüləri qurulmalıdır. Ancaq belə bir mühitdə tarixi hadisələrin dəyərləndirilməsi konstruktiv və qənaətbəxş olacaq. Üçüncü tərəf olan ölkələrin bu istiqamətdə təşviqedici addımlar atması arzuolunandır”.

Maşalyan 1915-ci il hadisələri ilə bağlı da açıqlama verib:

“Biz də sələflərimiz kimi, türklər və ermənilər arasında sülh, dostluq və rifah diləklərimizi ifadə etməyə davam edəcəyik. Üstündən 106 il keçmiç hadisələri 1000 illik ortaq tarixin acı istisnası kimi görüb, əlaqələrin birgə qonşuluq və mənfəət üzərində yenidən qurulmasını təşviq edəcəyik”.

Həmçinin yoxlayın

Molla rejimin cəlladlarından Hüseyn Taib etirazçıları raket zərbələri və qırğınla hədələdi

GADTB: SEPAH-ın keçmiş Kəşfiyyat Təşkilatının rəhbəri Hüseyn Taib dinc etirazçıları İsraillə eyni sıraya qoyaraq, dolayısı …

Xəzərin suyunun azalması bəzi adaları quruya birləşdirir

GADTB: Xəzər dənizindəki Dağıstan respublikasına aid Nordovı adası suyun səviyyəsinin davamlı azalması səbəbindən zamanla materiklə …