Cümə , Aprel 26 2024
azfa

“Bayraktar Kızılelma” və “Bayraktar Akıncı”nın paralel sınaq uçuşu

GADTB: “Bayraktar Kızılelma” Tekirdağ vilayətinin Çorlu rayonunda Akıncı Uçuş Tədris və Test Mərkəzində 9-cu və 10-cu sınaq uçuşlarını həyata keçirib.

Bu barədə “Baykar” şirkəti məlumat yayıb.

“Tekirdağ şəhərində yerləşən Çorlu Təlim-Uçuş Mərkəzində havaya qalxan “Bayraktar Kızılelma” “Bayraktar Akıncı” ilə paralel uçuş həyata keçirib. Bu da onların hərəkətlərini əlaqələndirmək imkanını müəyyən etməyə imkan yaradıb”, – məlumatda qeyd edilib.

Qeyd edək ki, Türkiyenin ilk pilotsuz döyüş təyyarəsi “Bayraktar Kızılelma” 100% öz kapitalı ilə 2021-ci ildə istehsal edilib.

Təyyarənin 14 dekabr 2022-ci ildə ilk uçuşu, 23 yanvar 2023-cü il tarixində isə ikinci uçuşu uğurla tamamlanıb.

8,5 ton uçuş çəkisi və 1500 kq yük daşıma qabiliyyəti olan “Bayraktar Kızılelma” 18-20 aprel tarixlərində dörd uçuşla ümumilikdə səkkiz sınaq uçuşu keçirib və uçuş-enmə zolağında aşağı hündürlükdə 630 km/saat sürətlə sınaq manevrləri həyata keçirib. Bu uğurlu testdə yüksək sürətli uçuş və manevr sınaqları, eləcə də ardıcıl uçuş və eniş və ötürmə sınaqları həyata keçirilib.

Həmçinin“Hürjet” reaktiv təlim təyyarəsi ilk uçuşunu keçirdi.

Türkiye istehsalı olan “Hürjet” reaktiv təlim təyyarəsi ilk uçuşunu keçirib.

Bunu Prezidenti Rəcəb Tayyib Ərdoğan tviterdə yazıb.

Dövlət başçısı “İlk yerli və milli ilk insanlı səsdən sürətli reaktiv təyyarəmiz olan “Hürjet” ilk uçuşunu uğurla həyata keçirdi. Türkiye əsrinə ərmağan olsun” deyib.

Ərdoğan “Hürjet”in anqardan çıxarıldığı və ilk uçuşunu etdiyi anların görüntülərini də paylaşıb.

Qeyd edək ki, “Hürjet” Türkiyenin “Hürkuş” təlim-məşq təyyarələrinin reaktiv versiyasıdır. O, 2017-ci ildə Türkiyenin aerokosmik şirkəti TAI tərəfindən hazırlanıb. “Hürjet” 13,7 min metrə qədər yüksəklikdə uçacaq və üç min kq-a qədər faydalı yük daşıyacaq. Əvvəllər hücum təyyarəsinin ilk uçuşunun 2022-ci ildə baş tutacağı gözlənilirdi, lakin sonra 2023-cü ilə təxirə salınıb.

Həmçinin yoxlayın

“Tərcüman” İranın Zəngəzur dəhlizindən qorxusunu işıqlandırdı

GADTB: Yenidən fəaliyyətə başlayan Krım_türklərinə məxsus “Tərcüman” televiziyası İranın Türk dünyası və Zəngəzur dəhlizindən qorxmasından …

Qumda Azərbaycana qarşı növbəti tədbir keçirildi

GADTB: Aprelin 24-də İranın Qum şəhərində bundan əvvəl Suriyada SEPAH-ın yaratdığı qanunsuz qruplaşmanın tərkibində döyüşən …