Cümə , Aprel 26 2024
azfa

Beynəlxalq Əfv Təşkilatı İran rejimini Əlirza Fərşini azad etməyə çağırdı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Beynəlxalq Əfv Təşkilatı azərbaycanlı vicdan məhbusu Əlirza Fərşinin həbs qərarının ədalətsiz olduğuna bildirərək, İran rejimini onu qeyd-şərtsiz azadlığa buraxmağa çağırdı.

Beynəlxalq Əfv Təşkilatı siyasi məhbusun fotosunu yayaraq fəalın mühakimə prosesini və ona qarşı çıxarılan qərarı ədalətsiz adlandırıb.

Beynəlxalq Əfv Təşkilatının ingilis dilində yayınladığı Əlirza Fərşiyə qarşı təzyiqləri pisləyən paylaşımında yazılıb: Xahiş edirik aşağıdakı mətni oxuyaraq retweet edib və “Khamenei_fa Əlirza Fərşini azad et!” yazın”.

Qeyd edək ki, onsuz da günahsız yerə həbs edilən azərbaycanlı fəal Əli̇rza Fərşi̇yə qarşı saxta ittihamlarla yeni dosya hazırlanıb və bir müddət əvvəl xəbər vermədən və vəkilin iştirak olmadan fəala qarşı 50 ay həbs cəzası verilib. Hakim Fərşinin dosyada yer alan fakt və sübutları öyrənməsinə, hətta özünəmüdafiə ərizəsi hazırlamasına icazə verməyib.

Tehranın İnqilab Məhkəməsinin 26-cı şöbəsində hakim İman Əfşarinin başçılığı ilə Əlirza Fərşiyə 50 ay cəzası çıxarıb. Bundan başqa, fəal Tehran zindanında 2 ay icbari işləmək cəzasına məhkum edilib.

Əlirza Fərşi 2014-cü ildə isə Əkbər Azad, Behnam Şeyxi və Həmid Mənafi ilə birlikdə Tehranın Bəharistan şəhərində “Dünya Ana Dili Günü” mərasiminə qatıldığı üçün həbs olunmuşdu. Fəal “milli təhlükəsizliyə qarşı qrup və fraksiyalara üzv olmaq” ittihamı ilə Tehran apellyasiya məhkəməsinin 54 saylı şöbəsin tərəfindən iki il həbs, iki il sürgün cəzasına məhkum edilmişdi.

Bəharistan şəhərinin hökmlərin icrası şöbəsi tərəfindən verilən qərara əsasən 21 iyul 2020-ci ildə Əlirza Fərşi, Behnam Şeyxi və Həmid Mənmafi Nadarlı həbs edildi. Hazırda Əlirza Fərşi Tehranın zindanında məzuniyyətə buraxılmadan həbs cəzasını çəkməkdədir.

Azərbaycanlı fəal Əlirza Fərşi mədəni fəaliyyətlərinə görə İran molla rejiminin təzyiqlərinə məruz qalmış və universitetdə tədris etməsinə icazə verilməyib.

Həmçinin yoxlayın

Avropa İttifaqı SEPAH-a qarşı qətnaməni qəbul etdi

GADTB: Cümə axşamı qəbul edilən qətnamədə Avropa Parlamenti üzvləri İranın İsrailə qarşı son pilotsuz təyyarə …

Ermənistan Təbrizdə konsulluq açacağını təsdiqlədi

GADTB: Ermənistanın Xarici İşlər Nazirliyi azərbaycanlıların tarixi paytaxtı Təbriz şəhərində Baş Konsulluq açacağı barədə xəbəri …