Beynəlxalq Əfv Təşkilatı İran zindanlarında cinsi işgəncələrə dair hesabat yaydı

GADTB: Dünən Beynəlxalq Əfv Təşkilatı 120 səhifəlik hesabatında İranda xalq etirazları zamanı repressiv SEPAH, Bəsic, ETTELAAT (Təhlükəsizlik və Kəşfiyyat) Nazirliyi və hökumətə bağlı müxtəlif silahlı və hərbi birləşmələr tərəfindən qadın, kişi və uşaqların cinsi_təcavüzə məruz qalmasını müzakirəyə çıxarıb və qurbanların bəzilərinin hekayələrini hesabatda dərc edib.

Məlumata görə, aralarında 12-48 yaş arası qadın, kişi və uşaqların da olduğu həbs edilənlər arasında 45 etirazçının sözügedən təşkilata verdiyi müsahibəsinə əsasən, bu zorakılıq və işgəncələrin məqsədi etirazçıları susdurmaq və onları daxildən məhv etmək olub.

Hesabatda habelə qeyd olunub ki, həbs edilən etirazçılardan bəziləri təcridxanaya aparılarkən avtomobilin içərisində təcavüzə məruz qalıblar. / Azad İran

Həmçinin yoxlayın

Molla rejimin raket yanacağında baş verən partlayışlar davam edir

GADTB: İrqçi fars-molla rejimin Rəcai limanında raket yanacağında baş verən partlayışlar və yanğın davam edir. …

Molla rejimin Təbrizdə həbs etdiyi Kərim İsmailzadənin sağlıq durumu pisləşib

GADTAB: Azərbaycanlı siyasi fəal Kərim İsmailzadə xəstəliyinə və ağır mədə xorasına baxmayaraq, iki aydan çoxdur …