
GADTB: Beynəlxalq Əfv Təşkilatının İranda insan haqlarının vəziyyəti ilə bağlı xəbərdarlığına baxmayaraq, ölkədə ölüm hökmlərinin icrası davam edir.
Məlumata görə, dünən İsfahanın Dəstgərd həbsxanasında bir qadın, üç etnik bəluç və Dezfuldan olan bir ərəb vətəndaşı olmaqla 6 məhbus dar ağacından asılıb. Digər bir məhbusun kimliyi bəlli deyil.
Ötən il İranda 972 nəfər edam edilib ki, bu da dünyada qeydə alınan bütün edamların 64 faizini təşkil edir. /Azad İran