Cümə , Oktyabr 18 2024
azfa

Bir qrup azərbabaycanlı fəal Əli Razizadə Nadarlı ilə görüşüb

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Bir qrup azərbaycanlı milli hərəkat fəalı bir il həbsdə qaldıqdan sonra bir neçə gün öncə Evin həbsxanasından azadlığa çıxan Əli Rəzizadə Nadarlı ilə görüşüb.

Görüşdə Azərbaycanlı şair Əli Cabbari və Güney Azərbaycanın tanınmış fəalı Yürüş Mehrəlibeyli də iştirak ediblər.

Qeyd edək ki, “pantürkizm qruplaşmasına üzv olmaqla ölkənin milli təhlükəsizliyinə xələl gətirmək”də ittiham edilən Əli Rəzizadə Nadarlı, 29 oktyabr 2023-cü ildə həbs cəzasını çəkmək üçün Evbin həbsxanasına salınıb.

Məhkəmənin qərarına görə, Rəzizadə Nadarlı 1 il həbs cəzasınıın başa çatmasına baxmayaraq, 2 il müddətinə siyasi, ictimai qurumlara üzv ola, sosial mediada fəaliyyət göstərə və ölkədən çıxa bilməz.

Həmçinin yoxlayın

Ceyhun Bayramov: Regionda davamlı sülh üçün Ermənistan konstitusiyasına dəyişiklik etməlidir

GADTB: Azərbaycan region ölkələri ilə ümumi çağırışların qarşısının alınması üçün konsepsiya hazırlayıb. Bunu Azərbaycanın xarici …

Azərbaycanlı fəal övladına uzun müddət mübarizədən sonra Hunay adına doğum şəhadətnaməsi aldı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, azərbaycanlı fəal bir il gərgin mübarizə nəticəsində nəhayət …