GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, Təbriz və Qoşaçaydan (Miyandoab) olan Azərbaycan Milli Hərəkatının fəalları Marağa şəhərində molla rejimin həbs etdiyi və hazırda zaminə buraxılmış Həmid Yeganəpurla görüşüblər.
Görüşdə bir müddət öncə həbsxanalardan zaminə buraxılan Əli Babai, Araz İbrahimnejad və Əmir Hüseyn Ağai də iştirak ediblər.
Onlar Yeganəpurun səhhətinin vəziyyəti və müalicə prosesi ilə maraqlanıblar.
Qeyd edək ki, azərbaycanlı fəallar zaminə buraxılan azərbaycanlı fəallarla görüşməklə onları himayə edirlər.