Cümə axşamı , Oktyabr 15 2026
azfa

Salmas düzündə torpaq çökməsi təhlükəli həddə çatıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Qərbi Azərbaycan Regional Su Təsərrüfatı İdarəsinin yeraltı su tədqiqatları şöbəsinin müdiri Abbas Məhəmmədi xəbərdarlıq edərək deyib ki, Qərbi Azərbaycan əyalətinin Urmiya, Xoy və Salmas bölgələrində torpaq çökməsi ciddi problem olsa da, bu Salmas və Kəhriz düzənliklərində kəskin səviyyəyə çatıb.

Məhəmmədi həmçinin deyib: “Adı çəkilən bölgələrdə vəziyyət kritikdir və Azərbaycan Geoloji Təşkilatının araşdırmalarına görə ölkədə ardıcıl quraqlıqlar və son illərdə baş verən iqlim dəyişiklikləri nəticəsində Qərbi Azərbaycan əyalətinin rayonlarında torpaqların çökmə sürəti artıb”.

Məhəmmədi, Qərbi Azərbaycan əyalətində torpaq çökməsi prosesinin 2006-cı ildən başladığını, son illər isə bunun sürəti və əhatə etdiyi ərazinin artdığını söyləyib.

Onun sözlərinə görə, hazırda əyalətdə ortalama illik torpaq çökməsi 7 santimetrdir.

Qeyd edək ki, bundan əvvəl İranın şimal-qərb bölgəsinin Geologiya və Mineral Kəşfiyyat Təşkilatının başçısı Əbdülhəmid Sərtipi də, yeraltı suların tükənməsi nəticəsində Xoy, Salmas və Urmiya çöllərində torpaq çökməsinin təhlükəli səviyyəyə çatması barədə açıqlama yayıb.

Həmçinin yoxlayın

Urmiya gölü ilə bağlı “Gölün uşaqları” filmi İstanbulda nümayiş olunacaq

GADTB Azərbaycanlı rejissor Məhəmməd Əlimuradinin “Gölün uşaqları” filmi İstanbulda keçiriləcək 20-ci Memarlıq Filmləri Festivalında nümayiş …

ABŞ ordusu İrana qarşı “Bütün bombaların anası”ndan istifadəni nəzərdən keçirir

GADTB: CNN telekanalı ABŞ rəsmilərinə istinadən xəbər verir ki, ABŞ ordusu İrana qarşı gələcək mümkün …