GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Təbrizdə Güney Azərbaycan Milli Hərəkatının üzvlərindən bir qrupu yenicə girov qarşılığında həbsdən çıxmış repçi Milad Cəliliyə (Elşən) baş çəkiblər.
Azərbaycanlı milli fəallar görüşdə birlikdə “Güney Azərbaycan” marşını xorla oxuyublar. Qeyd edək ki, siyasi rep ifa etmək və Azərbaycan siyasi məhbuslarına dəstək vermək ittihamı ilə 8 ay həbs cəzası alan Milad Cəlili (Elşən) bir neçə günlük aclıq aksiyasından və cəzasının 98 gününü çəkdikdən sonra 100 milyonluq girovla Təbriz Mərkəzi Həbsxanasından elektron qandalla azadlığa çıxıb.