GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, bir qrup azərbaycanlı milli fəal Ərdəbilin Behişt Zəhrayi məzarlığında Rəhim Novruzinin ailəsinə baş sağlığı verib, onun doğum gününü qeyd ediblər.
Görüşdə Güney Azərbaycanlı sənətçi Səccad Colani və fəal Məhəmməd Xakpur “Ulduz bala, günəş bala, ay bala” mahnısını ifa ediblər.
Tanınmış azərbaycanlı fəal Abbas Lisani isə öz çıxışı zamanı Rəhim Novruzinin Azərbaycan millətinin hüquqlarının bərpa edilməsi yolundakı fəaliyyətini xatırladıb, onun vicdanlı, fədakar, nümunəvi milli fəallardan biri olduğunu qeyd edib.
Görüşün sonunda iştirakçılar Azərbaycan millətinin haqları bərpa olunanadək dayanmayacaqlarına və ümidlərini itirməyəcəklərinə söz veriblər.
Qeyd edək ki, Ərdəbil şəhərində yaşayan azərbaycanlı fəal Rəhim Novruzi Ləncabad 2024-cü ilin avqustun 15-də ürək tutması səbəbindən həyatını itirib.
Rəhim Novruzi 2017 və 2018-ci illərdə Savalan dağı və Babək qalasında keçirilən mədəni tədbirlərə qatıldığı üçün ETTELAAT qüvvələri tərəfindən saxlanılıb. O, Ərdəbil Universitetində təhsil aldığı zamanlarda belə mədəni fəaliyyətlərinə görə universitetdən qovulacağı ilə hədələnib.
Video: