GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Şimali Kipr Türk Cümhuriyyətinin Baş naziri Ersin Tatar deyib ki, bizi Türkiyədən heç kim ayıra bilməz.
O bildirib ki, Türkiyə Avropa Birliyinə (AB) üzv olsa belə, bu ölkənin Kipr xalqı ilə bağlarının daha da güclənməsi həyati önəm kəsb edir:
“Türkiyə ilə bərabər milli mənafeyimiz üçün mübarizə aparmağa hazıram. Türkiyənin bu mübarizədə qətiyyəti təqdirəlayiqdir. Rəcəb Tayyib Ərdoğanın açıqlamaları ürəyimizə su səpdi”.