Şənbə , Avqust 22 2026
azfa

Tanınmış azərbaycanlı fəal Abbas Lisaninin son məhkəmə iclası keçirildi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, dünən 2019-cu il iyun ayının 27-də tanınmış azərbaycanlı milli-mədəni fəal Abbas Lisaninin son məhkəmə iclası keçirildi.

Səhər saatlarında rejimin Ərdəbildə yerləşən inqilab məhkəməsinin 1-ci şöbəsində keçirilən məhkəmədə fəalın vəkili və prokurorluq nümayəndələri də iştirak ediblər. Məhkəmə prosesində Abbas Lisani hakimə deyib: “Hər kəs mənə qarşı irəli sürülmüş ittihamların əsassız və yalan olduğunu bildiyindən, ümid edirəm ki, məhkəmə orqanları bu cinayət işində həssaslıq və müstəqilliyi qorumağın zəruri olduğunu başa düşər.”

Azərbaycanlı fəal Azərbaycan Milli Hərəkatının sivil olduğuna toxunaraq deyib: “Hərəkatın öz xaricində heç bir ünsürdən asılı olmadığını nəzərə aldıqda, onun ideologiyasına digər fikirləri yeritmək və bunun da nəticəsində Azərbaycan milli-mədəni fəallarına qarşı repressiya həyata keçirtmək cəhdləri uğursuzluğa düçar olacaq.”

Qeyd edək ki, tanınmış azərbaycanlı fəal Abbas Lisani 2019-cu il yanvar ayının 15-də rejimin Təbrizdə yerləşən inqilab məhkəməsinin 2-ci şöbsində oğurlanmış, daha sonra rejimin Ərdəbildə yerləşən ETTELAAT İdarəsinin məmurlarına təhvil verilmişdir. O, tutulmamışdan öncə müsahibələrindən birində demişdir: “İranda türklərin milli və insan hüquqları baxımından istəkləri kütləvi olduğuna görə, bu tələbləri qəbul etməmək ölkə idarəçilərini qarşıda daha böyük və daha ciddi mübarizə meydanları ilə üz-üəz qoyacaq”.

Həmçinin yoxlayın

Beynəlxalq Jurnalistlər Federasiyası: Xarici KİV-lərlə əlaqəni cinayət sayan qanun layihəsi ifadə azadlığını daha da məhdudlaşdıracaq

GADTB: Beynəlxalq Jurnalistlər Federasiyası (IFJ) İran rejimi parlamentinin xarici və guya «düşmən» hesab olunan KİV-lərlə …

Suriya xarici işlər naziri: İran Suriyada xalqa qarşı törətdiklərini etiraf etməlidir

GADTB: Suriya xarici işlər naziri Əsəd əl-Şeybani avqustun 21-də Pakistana rəsmi səfəri zamanı Tehranla mümkün …

Bir cavab yazın