Bazar ertəsi , Noyabr 16 2026
azfa

Bloomberg: Hörmüz boğazında gəmiçilik tamamilə dayanıb

GADTB: Son 24 saat ərzində Hörmüz boğazından bir dənə də olsun gəmi keçməyib. Bu barədə Bloomberg agentliyi gəmi trafikinə dair məlumatlara istinadən xəbər yayıb.

Məlumata görə, bazar günü boğazdan heç bir gəminin keçidi qeydə alınmayıb. İranın xarici işlər naziri Abbas Əraqçının bir gün əvvəl boğazın açıq olduğunu elan etməsinə baxmayaraq, şənbə günü ən azı 13 tanker açıq dənizə çıxmaq cəhdindən imtina edərək geri dönüb və yenidən Fars körfəzinə qayıdıb.

Bildirilir ki, ABŞ İran limanlarına qarşı tətbiq etdiyi dəniz blokadasını aradan qaldırmaqdan imtina etdikdən sonra Tehran yenidən strateji su yolunu bağlamağa qərar verib.

Nəticədə Fars körfəzində böyük həcmdə xam neft və maye təbii qaz (LNG) daşımaları ilişib qalıb. Bu vəziyyət isə qlobal iqtisadiyyata təsir göstərən enerji böhranının uzanmasına səbəb olur./ Azad İran

Həmçinin yoxlayın

ABŞ-ın “Ruzvelt” aviadaşıyan gəmisi Yaxın Şərqə daxil olub

GADTB: “Aksios” nəşrindən sonra Birləşmiş Ərəb Əmirliklərinin “The National” jurnalı və “Jerusalem Post” qəzeti də …

İrqçi fars rejiminin parlamenti xarici ölkələrin media qurumları ilə əməkdaşlığı cinayət hesab edir

GADTB: İran parlamenti media məkanının məhdudlaşdırılması və informasiyanın sərbəst yayılmasına qarşı təzyiqlərin gücləndirilməsi istiqamətində atdığı …