Bazar ertəsi , Noyabr 16 2026
azfa

Bloomberg: “İran Rusiyaya 4 milyard dollarlıq silah tədarük edib”

GADTB: “Bloomberg” nəşrinin Qərb təhlükəsizlik xidmətlərindəki mənbələrə istinadən yaydığı məlumata görə, İran 2021-ci ilin sonundan bəri Rusiyaya 4 milyard dollar dəyərində silah tədarük edib. Bu silahlar Ukraynaya qarşı aparılan müharibədə Rusiya tərəfindən istifadə olunub.

Məlumatda bildirilir ki, İran Rusiyaya 2,7 milyard dollar dəyərində raket göndərib. İlk müqavilələr 2021-ci ilin oktyabrında, Ukrayna müharibəsi başlamazdan əvvəl imzalanıb. Bu tədarükə yüzlərlə “Fəth-360” qısa mənzilli ballistik raket, təxminən 500 digər qısa mənzilli raket və hava hücumundan müdafiə sistemləri üçün təxminən 200 zenit raketi daxildir.

Bundan əlavə, İran Rusiyaya milyonlarla patron və mərmi, eləcə də “Shahed-136” dronları tədarük edib. 1,75 milyard dollarlıq müqavilə çərçivəsində Rusiyanın “Geran-2” dronlarını istehsal etməsi üçün texnologiyalar da paylaşılıb./ Azad İran

Həmçinin yoxlayın

ABŞ-ın “Ruzvelt” aviadaşıyan gəmisi Yaxın Şərqə daxil olub

GADTB: “Aksios” nəşrindən sonra Birləşmiş Ərəb Əmirliklərinin “The National” jurnalı və “Jerusalem Post” qəzeti də …

İrqçi fars rejiminin parlamenti xarici ölkələrin media qurumları ilə əməkdaşlığı cinayət hesab edir

GADTB: İran parlamenti media məkanının məhdudlaşdırılması və informasiyanın sərbəst yayılmasına qarşı təzyiqlərin gücləndirilməsi istiqamətində atdığı …