Çərşənbə axşamı , Oktyabr 13 2026
azfa

BMT Baş katibi: İran öz əməllərinə görə cavab verməlidir

GADTB: Birləşmiş Millətlər Təşkilatının Baş katibi Antonio Quterreş bir qədər əvvəl yaydığı bəyanatda İran hakimiyyətinin etirazçılara qarşı zorakılığına kəskin reaksiya verib.

Quterreş bildirib ki, son günlərdə İran rəsmilərinin etirazçılara qarşı həddindən artıq və qeyri-mütənasib güc tətbiq etməsi, nəticədə bir sıra şəxslərin öldürülməsi və yaralanması ilə bağlı yayılan xəbərlər onu dərindən sarsıdıb.

BMT Baş katibi vurğulayıb ki, ifadə azadlığı, birləşmə azadlığı və dinc toplaşmaq hüquqları tam şəkildə qorunmalı və onlara hörmət edilməlidir. O, İran hakimiyyətini maksimum təmkin nümayiş etdirməyə, lazımsız və ya ölçüsüz güc tətbiqindən çəkinməyə çağırıb.

Antonio Quterreşin sözçüsünün yaydığı açıqlamada da qeyd olunub ki, Baş katib vətəndaşların qorxu olmadan, dinc şəkildə narazılıqlarını ifadə etmək hüququnu dəstəkləyir və İran rəsmilərindən yenidən özünüidarə və təmkin tələb edir. Açıqlamada xüsusilə “qeyri-zəruri və qeyri-mütənasib zorakılıqdan” istifadə edilməməsinin vacibliyi vurğulanır.

Quterreş eyni zamanda İranda məlumatlara çıxışın təmin olunmasını, o cümlədən kommunikasiyanın və internetin bərpa edilməsini tələb edib.

Qeyd edək ki, İran hakimiyyəti etirazçıların sərt şəkildə repressiyaya məruz qalması fonunda, 18 dey cümə axşamı axşamından etibarən interneti ölkə üzrə tam şəkildə kəsib. “NetBlocks”un məlumatına görə, İranda rəqəmsal blokada artıq dördüncü gününə daxil olub.

Həmçinin yoxlayın

Tramp İran İslam Respublikasının batırılmış 159 gəmisinin şəklini paylaşaraq özünü əvvəlki abş prezidentlərindən fərqli təqdim edib

GADTB: ABŞ Prezidenti Donald Tramp “Truth Social” sosial şəbəkəsində kinayəli bir şəkil paylaşaraq İran İslam …

 İran mediası Azərbaycan haqqında saxta xəbərlər yayır

GADTB: İran Dövlət Radio və Televiziya Şirkətinin (IRIB) tərkibinə daxil olan azərbaycandilli “Səhər Azəri” kanalında …