Şənbə , Noyabr 28 2026
azfa

BMT-də Azərbaycanın təşəbbüsü ilə qətnamə qəbul edildi

GADTB: Martın 21-də BMT-nin Qadınların Statusu Komissiyasının (CSW) 69-cu sessiyası çərçivəsində Azərbaycanın təklifi əsasında “Silahlı münaqişələr zamanı girov götürülmüş, o cümlədən sonradan həbs edilmiş qadınların və uşaqların azadlığa buraxılması” adlı qətnamə qəbul olunub.

Sənəd BMT-nin elektron bazasına yerləşdirilib.

1994-cü ildən başlayaraq iki ildən bir gündəmə gətirilən bu sənəd silahlı qarşıdurmalar zamanı qadın və uşaqların vəziyyətinə xüsusi önəm verir və girovluq məsələsini vurğulayır. Qətnamədə bu cür hərəkətlərin qanuna zidd və əsassız olduğu qəti şəkildə qeyd edilir.

Sənəd münaqişə zonalarında beynəlxalq humanitar hüququn pozulması ilə mülki şəxslərə qarşı yönəlmiş hər cür zorakılığı qınayır, buna qarşı səmərəli addımların atılmasını və xüsusilə girovluqda olan qadın və uşaqların tez bir zamanda azad edilməsini tələb edir.

Bundan başqa, qətnamə münaqişədə iştirak edən bütün tərəfləri beynəlxalq humanitar hüquqa riayət etməyə və mülki əhalinin təhlükəsizliyini təmin etmək üçün zəruri tədbirlər görməyə dəvət edir.

Eyni zamanda, dövlətlərə girovluqdakı qadın və uşaqların yerini və taleyini öyrənmək üçün təcili tədbirlər həyata keçirmək tapşırığı verilir. Sənəddə məsuliyyətin gücləndirilməsinin vacibliyi vurğulanır və beynəlxalq hüquqa uyğun olaraq hərbi cinayətlərdə təqsirli şəxslərin müəyyənləşdirilməsi, təqib olunması və cəzalandırılması üçün dövlətlərin üzərinə düşən vəzifələr xatırladılır.

Qətnamənin əsas məqsədlərindən biri beynəlxalq əməkdaşlığın genişləndirilməsi, girovların təhlükəsizliyinin və insan ləyaqətinin qorunması, onların azadlığa çıxarılması, reabilitasiyası və cəmiyyətə yenidən inteqrasiyası üçün mexanizmlərin təkmilləşdirilməsidir.

BMT-nin Baş katibi Antoniu Quterriş Qadınların Statusu Komissiyasının 71-ci sessiyasında bu qətnamənin icrasına dair ətraflı hesabat təqdim edəcək.

Həmçinin yoxlayın

Kəleybərdə qızıl mədəninin kəşfiyyat işləri 50-dən çox kəndin içməli su mənbələrini təhlükə altına salır

GADTB: Şərqi Azərbaycan əyalətinin Kəleybər rayonunda Peğamçay su anbarının yuxarı axarında qızıl mədənində kəşfiyyat işlərinə …

Xoyda rejimin Vətəndaşlıq Qeydiyyatı İdarəsi azərbaycanlı körpə Əlihana 227 gündür doğum haqqında şəhadətnamə verməkdən imtina edir

GADTB: Xoyda rejimin  Vətəndaşlıq Qeydiyyatı İdarəsinin uşağa verilən ada etiraz etməsi səbəbindən Əlihan 227 gündür …