GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, BMT ermənilərin Azərbaycana axan çayları çirkləndirdiyinə etiraf edib.
BMT-nin İnsan Hüquqları Şurasının qida hüququ üzrə xüsusi məruzəçisi Hilal Elverin Azərbaycana səfəri çərçivəsində ilkin müşahidələri və missiya bəyanatının təqdimatına dair mətbuat konfransında deyib ki, Ermənistan ərazisindən keçərək Azərbaycana axan çaylar ekoloji çirklənməyə məruz qalır.
H.Elver qeyd edib ki, Ermənistan ərazisindən keçərək Azərbaycana axan çaylardakı ekoloji çirkləndirmə Azərbaycan fermerləri üçün problemlər yaradır.