Cümə axşamı , Oktyabr 22 2026
azfa

Kürd terrorçuların dinc əhaliyə terror hücumu: daha 8 şəhid, 35 yaralı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə,  YPG/PKK terror təşkilatları Suriya ərazisindən Türkiyə ərazisində dinc əhalinin yaşadığı bölgələri atəşə tutaraq, terror törətməsi davam edir.

Mardin vilayətinin Nusaybin mahalına dincəhaliyə qarşı atılan raket zərbələri nəticəsində 8 mülki şəxs şəhid olub, 35 nəfər yaralanıb.

Yaralılar arasında vəziyyəti ağır olanlar var. Ölənlərin sayının artacağı gözlənilir.

Bununla, Suriyanın şimalında “Sülh Çeşməsi” əməliyyatı başlanandan bəri terrorçuların terror hücumları nəticəsində həyatını itirən mülki şəxslərin sayı 17-yə çatıb. Onların yarşısı uşaqlardan ibarətdir.

Həmçinin yoxlayın

İsrailin müdafiə nazirindən İrana sərt xəbərdarlıq: “İsrailə hücum etsəniz, İran alovlar içində yanacaq”

GADTB: İsrailin müdafiə naziri İsrael Kats oktyabrın 21-də, çərşənbə günü, İran İslam Respublikası və onun …

Mirzoyan: TRIPP dəmir yolunda sərnişin daşımaları olacaq

GADTB: Ermənistan xarici işlər naziri Ararat Mirzoyan “Tramp marşrutu” (TRIPP) çərçivəsində Ermənistandan keçəcək dəmir yolu …

Bir cavab yazın