Çərşənbə , Sentyabr 23 2026
azfa

BMT İrandan atom proqramı ilə bağlı narahatlıqlara cavab verməsini tələb etdi

GADTB-nin Mətbuat Mərkəzinin “Azad İran”a istinadən yaydığı məlumata görə, Birləşmiş Millətlər Təşkilatı Baş katibinin nümayəndəsi Əmniyət Şurasının dekabrın 14-də baş tutan iclasında İrandan bu ölkənin atom proqramı ilə bağlı narahatlıqlara cavab verməsini tələb edib.

Birləşmiş Millət Təşkilatının Əmniyət Şurası dünən 2231 saylı qətnamə və İrana dair məsələlərlə bağlı iclas keçirib.

Birləşmiş Millətlər baş katibinin siyasi məsələlər üzrə müavini Rose Marie Di Karlo, habelə İranı atom anlaşmasında öz öhdəlikləri ilə üst-üstə düşməyən addımlardan çəkinməyə çağırıb.

BMT nümayəndəsinin sözlərinə görə, sözügedən təşkilat Ərəbistan və İsrail tərəfindən irəli sürülən məlumatları araşdırır.

Xatırladaq ki, bu məlumatlarda İranın raket və insansız uçaqlarını sözügedən ölkələrə qarşı istifadə etdiyi qeyd olunub.

O, sonda vurğulayıb ki, İranda zənginləşdirilmiş uranın miqdarı atom anlaşmasında müəyyən ediləndən dəfələrlə çoxdur.

Həmçinin yoxlayın

Uitekaf və Əraqçi Nyu-Yorkda danışıqlar aparıb

GADTB: ABŞ-ın xüsusi nümayəndəsi Stiv Uitekaf bildirib ki, çərşənbə axşamı, 22 sentyabr 2026-da BMT Baş …

Tramp: İranla bağlı böyük qərar verməliyəm – razılaşma, yoxsa İranın məhv edilməsi

GADTB: ABŞ Prezidenti Donald Tramp İranla bağlı çıxışında deyib: “Qarşıda böyük bir qərar verməliyəm. İranla …