Bazar ertəsi , Dekabr 4 2023
azfa

BMT İrandan siyasi məhbusları azadlığa buraxmağı tələb edən qətnamə qəbul edib

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasında İranda insan haqlarının pozulmasına dair qətnamə layihəsi qəbul edilib.

Qətnamədə İran hökumtəindən 2019-cu ildə benzin etirazları zamanı tutulanların azadlığa buraxılması ilə yanaşı, vətəndaş cəmiyyəti fəallarına qarşı ədalətsiz hökmlərin çıxarılmasına son verməsi tələb edilir.

79 ölkə qətnamənin lehinə, 30 ölkə əleyhinə səs verib. 71 ölkə isə səsvermədə iştirak etməyib.

Vətəndaşların sivil etirazlarına imkan yaradılması, jurnalistlərə,  etirazları işıqlandıran mətbuat orqanlarının əməkdaşlarına və BMT-nin insan haqları mexanizmi ilə əməkdaşlıq edənlərə qarşı təzyiqlərə son verilməsi kimi tələblər də sənəddə qeyd edilib.

Qətnamədə, habelə İrandan xarici vətəndaşlar və ikili vətəndaşların qanunsuz və sistematik şəkildə həbs edilməsi, eləcə də cinayət törədərkən 18 yaşdan kiçik uşaqların edam edilməsi kimi halları dayandırması tələb edilir.

Həmçinin yoxlayın

Həbs edilən azərbaycanlı reper nəhayət ailəsi ilə telefon əlaqəsi saxlaya bilib

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejimin həbs etdiyi azərbaycanlı reper nəhayət …

Güney Azərbaycanda reperlər azərbaycanlı məhbuslara dəstək aksiyası keçirdilər

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycanda reperlər azərbaycanlı məhbuslara dəstək aksiyası keçiriblər. …