Cümə axşamı , Yanvar 2 2025
azfa

BMT-nin İran üzrə xüsusi məruzəçisi İranda azərbaycanlılara qarşı ayrı-seçkilikdən narahatlığını bildirib

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, BMT-nin İran üzrə xüsusi məruzəçisi Cavid Rəhman 2023-cü il oktyabrın 7-də BMT-nin İnsan Haqları Şurasına təqdim etdiyi məruzəsində Azərbaycan İnsan Haqları Komitəsinin (ƏRK)  hesabatlarına istinadla İranda azərbaycanlılara qarşı ayrı-seçkilikdən narahatlığını bildirib.

Cavid Rəhman İranda etnik (milli) və dini azlıqlara qarşı ayrı-seçkiliyin narahatlıq doğurduğunu bildirib. O, həbsə atılan milli və dini azlıqların nümayəndələrinə qarşı zorakılıq, təzyiq, qətl və edamların davam etdiyini, azərbaycanlıların davamlı olaraq təqib edildiyini və ayrı-seçkilik hədəfinə çevrildiyini diqqətə çatdırıb.

O, xəbərdarlıq edir ki, milli, etnik və dini azlıqlar öz ana dilini müdafiə etmək, ekologiyanın məhv edilməsi siyasətinə qarşı kampaniya aparmaq üçün dinc nümayişlər keçirmək yaxud iştirak etmək və s. dinc fəaliyyətlərinə görə daha çox özbaşına saxlanılır və tutulur, yaxud sırf mədəni tədbirlərə qatıldıqlarına görə həbsə atılırlar.

Həmçinin yoxlayın

İrqçi farslar yarış zamanı Azərbaycan türklərinə qarşı nalayiq ifadələr səsləndiriblər

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Tehranlı və Yəzdli irqçi farslar türklərə və Azərbaycana …

Suriyada kürd terror təşkilatlarına qarşı mübarizə davam edir

GADTB: Suriyada Fərat çayının şərqində Azad Suriya Ordusu (ASO) ilə terror təşkilatı PKK/PYD/YPG/SDG arasında qarşıdurmalar …