Çərşənbə axşamı , Oktyabr 27 2026
azfa

Molla rejimi yetişdirdiyi Hizbullah terrorçularına İsrailə hücum əmri verəcəyini bildirir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejimi yetişdirdiyi Hizbullah terrorçularına İsrailə hücum əmri verəcəyini bildirir.

İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian deyib ki, yaxın saatlarda Hizbullah tərəfindən İsrailə qarşı qabaqlayıcı tədbirlər görülə bilər.

 “Hizbullah rəhbərliyi bütün mümkün variantlar və ssenarilərlə üz-üzədir. Onların hesablamalarında hər şey düzgün nəzərə alınıb və müqavimət liderləri sionist rejimin bölgədə hər hansı bir hərəkətə keçməsinə icazə verməyəcəklər. Yaxın saatlarda istənilən tədbir mümkündür”, – o bildirib.

Abdullahian qeyd edib ki, müqavimət liderləri siyasi həll şansı verəcəklərini vurğulayıblar:

“Lakin İsrailin mülki şəxslərə qarşı cinayətləri davam edərsə, istənilən addım mümkündür. Biz müharibənin miqyasını genişləndirməməyə çalışırıq, lakin İsrailin cinayətləri davam edərsə müqavimət cəbhəsi İsrailin coğrafi xəritəsini dəyişəcək”.

Həmçinin yoxlayın

Molla rejimi türklərə qarşı irqçi təhqirə yol verənləri dəstəklədi

GADTB: İrqçi fars-molla rejimin Futbol Federasiyasının İntizam Komitəsi Premyer Liqanın 9-cu turunda keçirilməyən “Malavan” – …

GADTB başqanı sayın Əjdər bəy Tağızadənin “Prime TV”-də “İranla bağlı qərar verildi – Savaş an məsələsidir” mövzusunda çıxışı- Video

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycan Demokratik Türk Birliyi (GADTB) başqanı sayın …