Cümə , Sentyabr 13 2024
azfa

BMT-nin ofisi qarşısında erməni vandalizmi və hərbi cinayətinə qarşı etiraz

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, oktyabrın 29-da BMT-nin Cenevrədəki ofisi qarşında Ermənistan ordusunun Azərbaycanın dinc əhalisini hədəfə almasına qarşı etiraz aksiyası keçirilib.

Aksiyada BMT-dən Gəncə, Bərdə və digər şəhərlərdə həyatını itirmiş insanlarla bağlı ədalətli yanaşma tələb edilib. Tədbir iştirakçıları çıxışlarında bildiriblər ki, bir beynəlxalq qurumun nüfuzu onun qəbul etdiyi sənədlərin kəsəri və icrasının təmin olunması qədərdir. Azərbaycan öz ərazilərində həyata keçirdiyi anti-terror əməliyyatları ilə həm də BMT Təhlükəsizlik şurasının dörd qətnaməsini icra edir və bununla da təşkilatın nüfuzunu xilas edir.

Aksiya iştirakçıları eyni zamanda BMT-ni öz qətnamələrinin arxasında durmağa çağırıblar və qeyd ediblər ki, Ermənistan nəinki BMT Təhlükəsizlik Şurasının qətnamələrini yerinə yetirmir, əksinə, 30 il əvvəl olduğu kimi yenə də dinc günahsız insanları azğıncasına qətlə yetirir. Cəbhədən on kilometrlərə uzaqdakı Azərbaycan şəhərləri hədəfə alınır.

Aksiya zamanı Cenevrə sakinlərinə, Dağlıq Qarabağ həqiqətlərindən və erməni terrorundan bəhs edən məlumat vərəqələri paylanılıb. Çıxış edənlər alman ingilis, fransız və italyan dillərində Gəncə, Bərdə və digər şəhərlərə endirilmiş raket zərbələrinin nəticələrilə bağlı ətraflı məlumat veriblər. Aksiyada hələ də işğal altında olan Azərbaycan şəhərlərinin adları sadalanıb və beynəlxalq qurumlardan Ermənistanın Azərbaycana qarşı təcavüzünə, eləcə də dinc əhaliyə qarşı terroruna son qoymağa çağırılıb.

Aksiyanın bəyanatı BMT-nin Cenevrə ofisinə və bu şəhərdəki beynəlxalq təşkilatların ofislərinə, eyni zamanda diplomatik nümayəndəliklərə təqdim ediləcək.

Həmçinin yoxlayın

GADTB başqanı sayın Əjdər bəy Tağızadənin “Reaksiya TV”-də “Pezeşkian ümidləri doğruldacaqmı?” mövzusunda çıxışı- Video

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycan Demokratik Türk Birliyi (GADTB) başqanı sayın …

Azərbaycanın da qatıldığı xüsusi təyinatlılarının təlimi Türküstanda davam edir – Video

Qazaxıstanın Türküstan vilayətində yerləşən Orda poliqonunda keçirilən “Sonsuz qardaşlıq – III” çoxmillətli təlimi davam edir. …

Bir cavab yazın