
GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Britaniya bazar ertəsi silahlı təşkilatın maliyyə sərmayələrinin idarə edilməsinə cavabdeh olanlar da daxil olmaqla, bir sıra yüksək vəzifəli Sepah rəsmilərinə sanksiya tətbiq edib.
Britaniyanın xarici işlər naziri Ceyms Kleverli deyib:
“Bu gün biz rejimin amansız repressiyalarına pul köçürməkdə məsul olan SEPAH-ın yüksək səviyyəli liderlərinə qarşı tədbirlər görürük”.
Aktivlərin dondurulması və Britaniyaya səyahət qadağası da daxil olmaqla bu sanksiyalar SEPAH-ın Əməkdaşlıq Fondunun direktorlar şurasının beş üzvünə və Tehranda fəaliyyət göstərən SEPAH-ın iki yüksək rütbəli komandirinə şamil olunub.