Bazar , Oktyabr 18 2026
azfa

Bu gün Türkiyənin Cümhuriyyәt Bayramıdır

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, bu gün Türkiyә Cümhuriyyәtinin qurulmasının ildönümü qeyd edilir.

Türkiyә Cümhuriyyәti  1923-cü ilin 29 oktyabr tarixindә qurulub. Osmanlı İmperiyasının I Dünya Müharibәsindә mәğlub olması ölkәdә narahatlığa sәbәb olub. Mustafa Kamal Atatürkün liderliyindә birlәşәn Milli Qüvvәlәr Qurtuluş Müharibәsinә başlayıb. 1922-ci ilin 30 avqust  tarixindә Baş Komandanlıq Meydan Müharibәsindә qәlәbә qazanaraq işğalçı qüvvәlәri Türkiyә torpaqlarından çıxarıb. Belәliklә 1923-cü ilin 29 oktyabr tarixindә paytaxtı Ankara olan Türkiyә Cümhuriyyәtinin qurulduğu bütün dünyaya elan edilib. Bu anlamlı gündә başda Mustafa Kamal Atatürk olmaqla Milli Mübarizәnin qәhramanlarını  hörmәtlә vә rәhmәtlә yad edirik.

Həmçinin yoxlayın

Rusiya və Çin İrana yardım etməklə ABŞ-ın müharibədə xərclərini artırmağa çalışıblar

GADTB: İran və ABŞ arasında müharibə artıq yalnız iki köhnə düşmənin qarşıdurması deyil. Raket hücumları …

Türkiyə orduya daha 80 ANKA-3 verəcək

GADTB: Türkiyə mediası məlumat yayıb ki, Türkiyə Silahlı Qüvvələri arsenalına daxil etmək üçün 80 ədəd …