Şənbə , Mart 15 2025
azfa

Bundestaq: Xocalıda baş verənlər insanlıq faciəsidir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Almaniya Bundestaqının vitse-prezidenti Tomas Opperman Berlində “Cənubi Qafqazda sabitlik və təhlükəsizlik. Almaniya-Azərbaycan əməkdaşlığının perspektivləri” mövzusunda keçirilən simpoziumda deyib ki, Xocalıda baş verənlər insanlığın faciəsidir.

Tomas Opperman Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli yollarının araşdırılmalı olduğunu, Almaniyanın bu prosesə dəstək verməyə hazır olduğunu qeyd edib. O, həmçinin Azərbaycanın mürəkkəb geosiyasi mövqedə yerləşdiyini və regionda təhlükəsizliyin təmin edilməsinin Almaniyanın maraqlarında olduğunu vurğulayıb.

Azərbaycan-Almaniya münasibətlərini səciyyələndirən T.Opperman bu münasibətlərin 200 illik tarixə malik olduğunu, ölkələrimiz arasında iqtisadi və mədəni əlaqələrin yüksək səviyyədə olduğunu deyib, bunun daha da dərinləşdirilməsi üçün mövcud olan imkanları qeyd edib. Bundestaqın vitse-prezidenti Azərbaycandakı multikulturalizmi və dini tolerantlığı yüksək qiymətləndirib, ölkəmizi bu mənada digər ölkələr üçün nümunə adlandırıb.

Həmçinin yoxlayın

Uitkoff Moskvadan Bakıya gəldiyi iddia olunur

GADTB: ABŞ Prezidenti Donald Trampın xüsusi elçisi Stiven Uitkoffun olduğu ehtimal edilən təyyarə Moskvanı tərk …

Molla rejimi azərbaycanlı körpəyə Xaqan adına 7 dəfə doğum haqqında şəhadətnamə verməkdən imtina edib

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejimin Təbrizdə yerləşən Vətəndaş Vəziyyətlərinin Qeydiyyatı …

Bir cavab yazın