Cümə axşamı , Mart 28 2024
azfa

Cəfər Məhmudi Əqdəm: Qərbi Azərbaycan doktrinası

GADTB: Strateji bir qərarda, anti-Türk və İslam əleyhinə meyl göstərən İngiltərə də daxil olmaqla bəzi beynəlxalq düşüncə mərkəzləri, guya Türkiyəni zəiflətmək və ona təzyiqi artırmaq üçün Türkiyənin cənub sərhədlərini kürdləşdirmə siyasətini tətbiq  etdilər.

Bu doktrina Qərbi Azərbaycanda Şeyx Ubeydullahın qırğın törətməsindən Simitqo və Ciloluq soyqırımına və 1979-cu  inqilabın ilk günlərində Kürd separatçı partiyalarının işğalına qədər basqınlara, hərbi yürüşlərə və qətllərə səbəb oldu.

Təəssüf ki, anti-Azərbaycan meyli olan bəzi İran ziyalı dairələri, xüsusilə son illərdə bu siyasəti izləyərək Qərbi Azərbaycanda bu prosesi sürətlə irəlilətmək niyyətindədirlər.

Etnik qrupların hüquqlarına hörmət bəhanəsi ilə Qərbi Azərbaycan torpaqlarını etnik qrupların göy qurşağı adlandırırlar (İranın demək olar ki, Gilan, Kürdüstan əyalətindən, Tehrandan Kərəcə və s. Etnik qrupların göy qurşağıdır). Dövlətçilik dayrələrinə qatı islamçılıq örtüyündə soxulan panfarslar səsvermələrdə bəzi rəqəmləri dəyişərək və digər şəxsləri təyin edərək prosesi sürətləndirmək üçün siyasi və sosial baxımdan həssas yerləri başqalarına vermək niyyətindədirlər.

Qərbi Azərbaycan Əyaləti adına edilən bütün hücumları həyata keçirənlər, əvvəlcə Şəhər Şuralarını ələ keçirərək bəzi mədəni fəaliyyətlər həyata keçirmək niyyətində olduqdan sonra Müqəddəs Azərbaycan vilayətinin adını təhrif olunmuş Urmiya adı ilə əlaqələndirilmiş şəkildə dəyişdirmək niyyətindədirlər. və sonra Kürd miqrantlarının axınını siyasi amacla gücləndirimək istəyirlər.

Təxminən 100 ildir ki, bu pis plan müxtəlif şəxslər və partiyalar tərəfindən və Əsgər Xanlar, Kazem Xanlar, General Həsəni və Darlək şəhidləri və minlərlə şəhid və döyüşçü və milli, mədəni və siyasi fəalların cəsarəti ilə həyata keçirilməsi mümkün olmayıb.

Bu dəfə bu mübarizənin davamı sizin və mənim, bu mətni oxuyan hər kəsin Urmiya və Sulduzun yaşlı və gənc, kişi və qadınların üzərinə düşür. Biz gələcək naminə də məsuliyyətli, olmalıyıq. Tarix həmişə gələcəyin güzgüsüdür. 100 ildə düşmən 100 dəfə hücum edib uğur qazanmayıbsa demək bu hucumlar davam edir. Amma biz ayıq olmalı və düşmənlərin yumuşaq tərzlə nüfuz etməsinə imkan verməməliyik.

Bu gün Qərbi Azərbaycandakı seçkilər seçki deyil, varlıq uğrunda mübarizədir, buna görə heç bir şəkildə boykut, aldatma, və s. Kimi məsələlər qaldırılmamalı, Şəhər Şurasını habelə ayrı-ayrı önəmli postları ələ keçirmək üçün yaxşı kodlaşdırılmış və koordinasiya edilmiş bir plan alınmamalıdır. Bu isə ölüm-dirim məsələsi dir.

Çevirən: Həbib Sasanian  (Yakamoz)

Həmçinin yoxlayın

Qərbi Azərbaycan İcması İrəvanı Fransanın oyunlarına getməməyə səslədi

GADTB: Qərbi Azərbaycan İcması Ermənistan hökumətini və ictimaiyyətini tarixdən dərs çıxararaq, Fransanın oyunlarına getməməyə çağırıb. …

Güney Azərbaycanda molla rejimin insan haqlarının pozmasına dair illik hesabat yayıldı

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, azərbaycanlı fəallar və Abbas Lisani adına açılmış sosial …