Cümə axşamı , Oktyabr 22 2026
azfa

Cəlil Məmmədquluzadənin 150 illik yubileyi qeyd ediləcək

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, 2019-cu ilin fevral ayında Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, böyük yazıçı, dramaturq, publisist və ictimai xadim Cəlil Məmmədquluzadənin anadan olmasının 150 illiyi tamam olub.

Azərbaycan xalqının çoxəsrlik mədəni sərvətlər xəzinəsinə misilsiz töhfələr vermiş söz ustası Cəlil Məmmədquluzadənin 150 illiyinin layiqincə qeyd olunmasını təmin etmək məqsədi ilə 17 yanvar 2019-cu il tarixində Quzey Azərbaycanın Prezidenti tərəfindən sərəncam imzalanıb.

Sərəncamın icrası ilə əlaqədar 25 dekabr 2019-cu il tarixində saat 19:00-da Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında böyük demokrat ədib Cəlil Məmmədquluzadənin 150 illik yubileyinə həsr olunan tədbir keçiriləcək.

Həmçinin yoxlayın

İsrailin müdafiə nazirindən İrana sərt xəbərdarlıq: “İsrailə hücum etsəniz, İran alovlar içində yanacaq”

GADTB: İsrailin müdafiə naziri İsrael Kats oktyabrın 21-də, çərşənbə günü, İran İslam Respublikası və onun …

Mirzoyan: TRIPP dəmir yolunda sərnişin daşımaları olacaq

GADTB: Ermənistan xarici işlər naziri Ararat Mirzoyan “Tramp marşrutu” (TRIPP) çərçivəsində Ermənistandan keçəcək dəmir yolu …

Bir cavab yazın