“Dünyada və bölgədə cərəyan edən geosiyasi proseslərdə dünya Azərbaycanlılarının yeri və rolu” adlı konfrans keçirildi Park İNN otelində yeni yaradılan Güney Azərbaycan Demokratik Türk Birliyinin (GADTB) rəhbərliyi mətbuat konfransı keçirib. İlk olaraq çıxış edən təşkilatın rəhbəri Əjdər Tağızadə qurumun hədəf və vəzifələrindən söz açıb.
Ətraflı oxu »İran rejiminin ayrı-seçkilik siyasəti nəticəsində Miyanada işsizlik 21 faizə çatıb
GADTB-nin mətbuat mərkəzinin Miyana saytına istinadən verdiyi məlumata görə Miyana şəhərinin İran adlanan dövlətin məclisindəki millət vəkili Fərdin Fərmənd bildirib ki, Miyanada keçmiş illərdə işsizlik 13 faiz idi lakin son məlumatlara görə, indi 21 faizə çatıb.
Ətraflı oxu »Həbs edilən azərbaycanlı fəallara qarşı təzyiqlər artıb
GADTB-nin məlumatına görə son günlər azərbaycanlı milli-mədəni fəallar Siyamək Mirzayi və Mehdi Dustdara təzyiqlər davam edir. Onların hüquqları tapdanır. Tehranin Evin zindanında həbs edilən Siyamək Mirzayi bu şəhərin Baharistan prokuroruna məktub yazaraq, dosyesi ilə bağlı təhlükəsizlik orqanlarının məhkəməyə təzyiq göstərdiyinə etirazını bildirib.
Ətraflı oxu »Azərbaycan komandaları Qarabağ və Tirəxtur öz rəqibləri ilə yarışıblar.
Madriddə “Atletiko” ilə yarışan “Qarabağ” yenə tarix yazıb. Azərbaycan çempionu “Qarabağ” IV turun ilk oyun günündə meydana çıxıb. Ağdam təmsilçisi səfərdə “Atletiko” ilə görüşüb. Madrid təmsilçisi ilə qarşılaşma yeni inşa olunan “Metroplitano” stadionunda keçirilib.
Ətraflı oxu »Güney Azərbaycan şəhərlərində ana dilində təhsil tələb edilir
GADTB-nın məlumatına görə Güney Azərbaycanın müxtəlif şəhərlərində azərbaycanlılar ana dilində təhsil tələbini şəhərin müxtəlif yerlərinə şüarlar yazmaqla İran hakimiyyətinə çatdırıblar. Ərdəbil və Mərənd şəhərinin divarlarına “Türk dilində mədrəsə”, “mən türkəm”, “15-ci əsl icra olunsun” “Urmu gölü can verir”, “Oyan Azərbaycan” və s. şüarların yazılması mətbuatda öz əksini tapıb.
Ətraflı oxu »“Sürgün umudlar” türkcə romanı Ankarada iki- latin və əski əlifbada çap edilib
GADTB-nın məlumatına görə GADTB-nin Siyasət Departamentinin sədri sayın Eldar Qaradağlının “Sürgün umudlar” türkcə romanı Ankarada Xəzər İctimai Oyanış, Kültür və Mədəniyyət Cəmiyyəti Nəşriyyatında iki- latin və ərəb əlifbalarında nəşr edilib.
Ətraflı oxu »Azərbaycanlı Türk milli-mədəni fəal Nasir Xülusi həbs edilib
GADTB-nin məlumatına görə Azərbaycanlı Türk fəal Nasir Xülusi 6 illik həbs cəzasını çəmək üçün iran adlanan yerin təhlükəsizlik orqanları tərəfindən tutulub. Məlumata görə, Təbriz şəhərindən olan azərbaycanlı Türk milli-mədəni fəal oktyabrın 30-da Urmiya İnqilab Məhkəməsinin çıxardığı həbs cəzasını çəkmək üçün təhlükəsizlik orqanları tərəfindən öz ata evində yaxalanaraq Təbriz Məhkəməsinə aparılıb.
Ətraflı oxu »GADTB mətbuat konfransı…18 Oktyabr 2017 – Bakı
GADTB mətbuat konfransı…18 Oktyabr 2017 – Bakı
Nəzərinizə çatdırırıq ki, 18 Oktyabır 2017-ci il saat 10:30 da, Parkin otelinin “Nəsimi” zalında Güney Azərbaycan Demokratik Türk birliyi (GADTB) tərəfindən “Dünyada və bölgədə cərəyan edən geosiyasi proseslərdə dünya Azərbaycanlılarının yeri və rolu” adlı konfrans keçiriləcəkdir. Ünvan: Parkin Oteli, (Park Bulvarla üz-üzə). (Sahil metrosunun yaxınlığında).
Ətraflı oxu »Kataloniyanın başçısı Carles Puigdemonta təbrik məktubu
Güney Azərbaycan Demokratik Türk Birliyinin (GADTB) Başqanı Əjdər Tağızadənin Kataloniyanın başçısı Carles Puigdemonta təbrik məktubu Hörmətli cənab Carles Puigdemont, Kataloniya xalqının yenicə müstəqilliyə səs verməsi münasibətilə Sizə və Sizin simanızda bütün Kataloniya xalqına öz adımdan, Güney Azərbaycan türklərinin müstəqilliyi uğrunda mübarizə aparan GADTB adından ən səmimi təbriklərimi yetirirəm. İnanıram ki, …
Ətraflı oxu »