Çərşənbə , İyun 10 2026
azfa

Xəbərlər

İrana qarşı mümkün ssenariləri ilə bağlı ABŞ qüvvələrinin İsraildə gizli yerləşdirilməsi üzə çıxarıb

GADTB: Yeni araşdırma hesabatına görə, ABŞ ordusunun 82-ci Hava Desant Diviziyasının bir hissəsi Pentaqonun rəsmi açıqlamalarından fərqli olaraq 2026-cı ilin yazında İsrailə göndərilib. Hərbi sənədlərə və məlumatlı mənbənin açıqlamalarına əsaslanan hesabatda bu yerləşdirmənin ABŞ və İsrailin İrana qarşı hazırladığı fövqəladə planlarla əlaqəli olduğu bildirilir. Bu məsələ regionda iki ölkə arasındakı …

Ətraflı oxu »

Məhbuslar İranın 56 həbsxanasında edama qarşı aclıq aksiyası keçirirlər

GADTB: Bu gün səhər saatlarından başlayaraq İranın 56 həbsxanasında saxlanılan minlərlə məhbus edam hökmlərinin dayandırılması tələbi ilə yenidən aclıq aksiyasına əl atıblar. Məhbuslar beynəlxalq ictimaiyyətin və insan haqları müdafə qurumlarının diqqətini ölkədə artan edam cəzalarına cəlb etmək üçün buna əl atıblar. Aclıq aksiyası 124-ci dəfədir ki, hər həftənin ikinci günündən …

Ətraflı oxu »

Urmiya gölündə suyun həcminin ötən illə müqayisədə 18 dəfə artdığı iddia edilir

GADTB: Ətraf mühit rəsmiləri Urmiya gölündə suyun həcminin nəzərəçarpacaq dərəcədə artdığını açıqlayıblar. Uzun illər davam edən böhrandan sonra baş verən bu vəziyyət gölün bərpasına dair ümidləri artırıb. Qərbi Azərbaycan vilayətinin Ətraf Mühitin Mühafizəsi Baş İdarəsinin rəisi bildirib ki, Urmu gölündə suyun həcmi 4,28 milyard kubmetrə çatıb. Onun sözlərinə görə, ötən …

Ətraflı oxu »

ABŞ vitse-prezidenti: Danışıqlar nəticəsiz qalarsa, digər variantlar da masada olacaq

GADTB: ABŞ-ın vitse-prezidenti Ceyms Devid (C.D.) Vens diplomatik səylərin davam etdiyini vurğulayaraq bildirib ki, danışıqlar uğursuz olacağı təqdirdə digər seçimlər də gündəmdə qalacaq. Vens USA Today qəzetinə verdiyi müsahibədə İranla mümkün qarşıdurmanın İraq və Əfqanıstan müharibələrinə bənzər uzunmüddətli bir hərbi münaqişəyə çevriləcəyinə inanmadığını deyib. O bildirib: “Mən tam əminəm ki, …

Ətraflı oxu »

Təbriz həbsxanasında azərbaycanlı siyasi məhbusların aclıq aksiyası keçirir

GADTB: Təbriz həbsxanasından daxil olan məlumatlara görə, Güney Azərbaycan Milli Hərəkatının fəalları Əli Babayi və Əyyub Şiri, həmçinin həbsxananın asılılıqlardan müalicə bölməsində saxlanılan bir qrup siyasi məhbus etiraz əlaməti olaraq aclıq aksiyasına başlayıblar. Məlumata əsasən, son günlər bəzi siyasi məhbusların telefonla əlaqə imkanlarının məhdudlaşdırılması da daxil olmaqla bir sıra yeni …

Ətraflı oxu »

Molla rejimi Xorasan türkü Rza Bəbrnəjadı 6 il həbs cəzasına məhkum edib

GADTB: 1401-ci il etirazlarında həlak olmuş Mehdi Bəbrnəjadın qardaşı Rza Bəbrnəjad Quçan şəhərinin 101 saylı Cinayət Məhkəməsi tərəfindən ümumilikdə 6 il həbs cəzasına məhkum edilib. Bu cəzanın 4 il 6 aylıq hissəsinin icrası şərti olaraq dayandırılıb. Məlumata görə, hakim Pur Aryanın sədrliyi ilə fəaliyyət göstərən 101 saylı Cinayət Məhkəməsinin çıxardığı …

Ətraflı oxu »

Trampın xəbərdarlığından sonra İran İsrailə hücumların dayandırıldığını elan etdi

GADTB: ABŞ Prezidenti Donald Trampın xəbərdarlığından təxminən bir saat sonra İran İslam Respublikasının hərbi qurumları İsrailə qarşı hücumların dayandırıldığını açıqlayıblar. Xatəmül-Ənbiya Mərkəzi Qərargahı bazar ertəsi yaydığı bəyanatda bildirib ki, İsrailin Beyrutun Dahiyə bölgəsinə endirdiyi zərbədən sonra İran İsrailə qarşı “ağrılı cavab” verib və bundan sonra əməliyyatların dayandırılması barədə qərar qəbul …

Ətraflı oxu »

Avropa İttifaqı Hörmüz boğazının bağlanmasına görə İrana qarşı sanksiyalar tətbiq etdi

GADTB: Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas bazar ertəsi bildirib ki, İran İslam Respublikasının dəniz nəqliyyatının sərbəst hərəkətinə mane olması səbəbilə bir sıra İran vətəndaşları və qurumlarına qarşı sanksiyalar tətbiq olunub. Kaya Kallas bu açıqlamanı Avropa İttifaqına üzv ölkələrin müdafiə nazirlərinin Kipr Respublikasında keçirilən …

Ətraflı oxu »

Molla rejimin məhkəmə sistemi 3000-dən çox insanı ABŞ və İsraillə əməkdaşlıqda ittiham edir

GADTB: İrqçi fars-molla rejimin məhkəmə sistemi “düşmənlə əməkdaşlıqda” ittiham olunan 3 121 nəfərə qarşı hüquqi proses başladıb. “Al Jazeera“ xəbər verir ki, bunu İranın məhkəmə hakimiyyətinin sözçüsü Əsgər Cahangir açıqlayıb. Onun sözlərinə görə, həmin şəxslər ABŞ və İsraillə əməkdaşlıqda ittiham olunur. Cahangir bildirib ki, həmin şəxslərdən 2 406 nəfəri həbsdədir. …

Ətraflı oxu »

İran və İsrail arasında qarşılıqlı hücumlar

GADTB: İranın İsrailə raket hücumlarına cavab olaraq İsrail ordusunun Cənubi Azərbaycan və İranın müxtəlif bölgələrində bir sıra hədəflərə zərbələr endirdiyi bildirilir. Yayılan məlumatlara görə, Tehranın Mehrabad hava limanı, hava hücumundan müdafiə sistemləri və raket bazaları da daxil olmaqla, ümumilikdə 20-yə yaxın hərbi obyekt İsrailin hədəfinə çevrilib. Bildirilir ki, bütün raketlər …

Ətraflı oxu »