Cavid Rəhman Güney Azərbaycanda insan hüquqları pozuntusu barədə hesabat yaydı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, dünən çərşənbə günü, fevralın 19-da BMT-nin İranda insan hüquqları məsələləri üzrə xüsusi nümayəndəsi Cavid Rəhman Güney Azərbaycanda İran rejimi tərəfindən insan hüquqları pozulmasına dair yeni hesabatını yayıb.

Hesabatın birinci hissədə İranda insan hüquqları zəminində xoşagəlməz hallara yer verilib. İkinci hissədə isə insan haqları ilə bağlı vəziyyətin yaxşılaşması üçün təkliflər yer alıb. Həmçinin 2019-cu il noyabr ayında keçirilən etirazların qətliamla yatırılması da öz əksini tapıb.

Hesabatın digər bir hissəsində Güney Azərbaycanda türklərin ana dilində təhsil almaq hüququndan məhrum edilməsi öz əksini tapıb. Xüsusi nümayəndə həmçinin Güney Azərbaycandan olan milli-mədəni fəalların yaxalanıb və sürgün edilməsi barədə məlumat verərək, onlardan 82 nəfərinin adını qeyd edib.

Həmin hesabat martın 9-da Cenevrədə İnsan Hüquqları Şurasının keçiriləcək iclasında BMT-nin xüsusi nümayəndəsi tərəfindən təqdim olunacaq.

Həmçinin yoxlayın

Erməni lobbisi fəaliyyəti nəticəsində 60 konqresmen Azərbaycana qarşı çağırış etdi

GADTB: ABŞ Nümayəndələr Palatasının 60 üzvü ABŞ Dövlət katibi Marko Rubioya çağırış edib. Demokrat Frenk …

Güney Kiprdə Türkiyə əleyhinə yeni terror təşkilatı yaradıldı

GADTB: Güney Kiprdə “İnqilabçı Azadlıq Mübarizəçiləri Hərəkatı” adlı yeni terror təşkilatı yaradılıb. Bu barədə Türkiyə …

Bir cavab yazın