Çərşənbə axşamı , Oktyabr 13 2026
azfa

CBS News: “Tramp həftəsonu İrana zərbə endirə bilər”

GADTB: ABŞ prezidenti Donald Trump bu həftəsonu da daxil olmaqla İrana hərbi zərbə endirmək imkanını nəzərdən keçirir. Bununla bağlı, CBS News telekanalı administrasiyadakı mənbələrə istinadən məlumat yayıb.

Məlumata görə, hələlik yekun qərar qəbul edilməyib. Yüksək vəzifəli rəsmilər prezidentə ordunun potensial zərbələrə şənbə günü hazır ola biləcəyini bildiriblər. Bununla belə, mümkün hərbi əməliyyatın vaxtının bu həftəsonundan sonraya saxlanılması ehtimalı da istisna edilmir.

Ağ Evin mətbuat katibi Kerolayn Levit açıqlamasında bildirib ki, İrana qarşı hərbi addım üçün müxtəlif arqumentlər mövcuddur, ancaq diplomatiya prezident üçün həmişə prioritet olaraq qalır.

Levitin sözlərinə görə, İranın yaxın həftələrdə Vaşinqtona daha ətraflı mövqe təqdim edəcəyi gözlənilir və prezident vəziyyətin inkişafını izləməyə davam edəcək. /Azad İran

Həmçinin yoxlayın

Tramp İran İslam Respublikasının batırılmış 159 gəmisinin şəklini paylaşaraq özünü əvvəlki abş prezidentlərindən fərqli təqdim edib

GADTB: ABŞ Prezidenti Donald Tramp “Truth Social” sosial şəbəkəsində kinayəli bir şəkil paylaşaraq İran İslam …

 İran mediası Azərbaycan haqqında saxta xəbərlər yayır

GADTB: İran Dövlət Radio və Televiziya Şirkətinin (IRIB) tərkibinə daxil olan azərbaycandilli “Səhər Azəri” kanalında …