Cümə axşamı , Yanvar 2 2025
azfa

Çin uyğur türklərini kölə kimi işlədir

GADTB-nin Mətbuat Mərkəzinin əldə etdiyi məlumata görə, Çinin Şərqi Türküstandakı toplama düşərgələrində işgəncələrə məruz qoyduğu uyğur türklərinin, Çin Kommunist Partiyası tərəfindən tikilən zavodlarda qul kimi işlədildiyi ortaya çıxdı.

Çinin üzdən iraq təhsil mərkəzi kimi dünyaya təqdim etdiyi Şərqi Türküstandakı toplama düşərgələrində işgəncə və zorla təhsil görən uyğur türklərinin daha sonra Kommunist Partiyası tərəfindən tikdirilən fabriklərdə kölə kimi pulsuz və ya cüzi rəqəmlərə işlədildiyi müəyyən olundu.

Toplama düşərgələrindən xilas olduqdan sonra Çini tərk edən uyğur və qazax türkləri verdiyi müsahibələr Pekin hökumətinin mürtəce siyasəti ilə yanaşı, etnik mənşəyinə görə bu insanların əməyini də istismar etdiyi ortaya çıxıb.

Peyk görüntüləri toplama düşərgələrinin yanında uyğurların qul kimi işlədildiyi əksəriyyəti tekstil fabriki tikililərin inşa edildiyini nümayiş etdirir.

Daha öncə dərc olunmayan rəsmi sənədlər və peyk görüntüləri bəzi zavodların toplama düşərgələri içərisində də aparıldığını göstərir. Sayları getdikcə artan və Birləşmiş Millətlərə görə, təxminən bir milyon uyğur türkünün, ya da qazax türkünün Çin tərəfindən zülm altında saxlandığı etiraf edilib.

Həmçinin yoxlayın

İrqçi farslar yarış zamanı Azərbaycan türklərinə qarşı nalayiq ifadələr səsləndiriblər

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Tehranlı və Yəzdli irqçi farslar türklərə və Azərbaycana …

Suriyada kürd terror təşkilatlarına qarşı mübarizə davam edir

GADTB: Suriyada Fərat çayının şərqində Azad Suriya Ordusu (ASO) ilə terror təşkilatı PKK/PYD/YPG/SDG arasında qarşıdurmalar …

Bir cavab yazın