GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Çinin reşvət qarşılığında əlində alətə çevrilən ÜST də koronavirusun pandemiyaya çevrilməsində Çinin günahkar olduğuna etiraf etdi.
ÜST-ün müstəqil ekspertlər qrupunun açıqlamasında deyilib ki, Çin koronavirusun yayılmasının qarşısını almaq üçün daha sürətli tədbirlər görə bilərdi.
Bildirilib ki, epidemiyanın ilk günlərdə gizlədilməsi virusun qlobal yayılmasına səbəb olub.
Ekspertlərin sözlərinə görə, Çində erkən siqnallara daha çevik reaksiya vermək üçün imkanlar var idi.