Cümə , Sentyabr 25 2026
azfa

Abbas Lisani zindanda Yusif Kariyə dəstək məqsədilə aclıq aksiyasına başladı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, tanınmış azərbaycanlı siyasi məhbus Abbas Lisani yanvarın 18-də səhər saatlarından quru aclıq aksiyasına keçmiş azərbaycanlı siyasi məhbus Yusif Kariyə dəstək məqsədilə Ərdəbildə yerləşən rejimin zindanında aclıq aksiyasına başlayıb.

Qeyd edək ki, irqçi fars rejimin Ərdəbil zindanında həbsdə saxladığı azərbaycanlı siyasi məhbus Yusif Kari zindanın nəzarətçisi Sepehrinin təhqirlərinə etiraz etdiyi üçün 8-ci karantin bölməsinə köçürülüb.

Yanvarın 13-də Yusif Kari tibbi məzuniyyət istədiyi üçün zindan rəsmisi Sepehri onu öz kabinetinə çağırıb, həmin fəala və başqa siyasi məhbuslara qarşı nalayiq ifadələr işlədib. Bu məsələyə və özünün karantin bölməsinə köçürülməsinə etiraz olaraq azərbaycanlı milli-mədəni fəal zindanda hüquqlarının təmin edilməsi istəyi ilə yanvarın ayının 13-dən aclıq aksiyasına başlayıb.

Daha sonra Yusif Kari Ərdəbil zindanının məsullarına xəbərdarlıq edərək bildirmişdi ki, ayın 16-a kimi karantin bölməsindən öz bölməsinə qaytarılmayacağı halda başlatdığı aclıq aksiyasını quru aclıq aksiyası ilə dəyişəcək. Artıq Yusif Kari quru aclıq aksiyasına keçib.

Həmçinin yoxlayın

Güney Azərbaycanın “Traxtur” komandasının reytinqi daha da yüksəlib

GADTB: “Traxtur” futbol komandası dünya reytinqində 30 pillə irəliləyərək dünyada 211-ci yerə yüksəlib. “FootballDatabase” saytının …

80 ölkə Hörmüz boğazının dərhal açılmasını tələb edib

GADTB: Təxminən 80 ölkə cümə axşamı, sentyabrın 24-də yaydığı birgə bəyanatda Hörmüz boğazının dərhal və …