Cümə axşamı , Oktyabr 1 2026
azfa

Çinlilərin bəluç balıqçıları qətilam etməsinin üstü açıldı – Video

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, GADTB Beynəlxalq Departamentinin rəisi cənab Mikayıl Oytanın saytımıza göndərdiyi video və məlumata əsasən çinlilərin bəluç balıqçıları Hind okeanında qətilam etməsinin üstü açıldı. Bəşəriyyət qarşı olan bu cinayət 5 il öncə baş verib və təsadüf nəticəsində ifşa olunub.

Videodan da göründüyü kimi gün çörəyini qazanmaq məqsədil Bəlucistanın Çahbahar limanından Hind okeanına balıq tutmağa yollanan bəluç balıqçılar çinlilər tərəfindən qətliam edilirlər.

Məlumata görə 5 il öncə Bəloucistanın Kenarək məntəqəsindən iki balıqçı gəmisi 33 balıqçı ilə Hind okeanına yola düşür. Lakin çinlilər onlara hücum edib gəmilərini dağıdır, özlərini isə okeanda güllələyib öldürürlər. Geri qayıtmayan balıqçı gəmilərindən heç bir məlumat mövcud deyildir. Bu cinayəti mobil telefonu ilə çəkən bir çinli öz mobil telefonunu Fici ölkəsində satır. Telefonu alan şəxs həmin videonu yayır və bu dəhşətli cinayətin üstü açılır.

Həmçinin yoxlayın

“Elektra” tamaşası Təbrizdə türkcə səhnəyə qoyulub

GADTB: Qədim Yunanıstanın ən məşhur tragedialarından biri olan “Elektra” tamaşası bu dəfə fars dilində deyil, …

Türkiyə ilə Azərbaycan arasında müdafiə sənayesi sahəsində 500 milyon dollarlıq müqavilələr imzalanıb

GADTB: Türkiyə ilə Azərbaycan arasında müdafiə sənayesi sahəsində bir sıra müqavilələr və anlaşma memorandumları imzalanıb. …

Bir cavab yazın