Bazar ertəsi , Noyabr 16 2026
azfa

“Dağlıq Qarabağ Respublikası” rəsmən ləğv edildi

GADTB: “Dağlıq Qarabağ Respublikası” rəsmən ləğv edildi. Bu qondarma qurumla bağlı artıq kimsə manipulyasiya edə bilməyəcək. 30 illik bir dövr qapadıldı. Azərbaycan öz gücünə Cənubi Qafqazda ən böyük separatizm ocaqlarından birini söndürdü.

Yanvarın 1-dən qondarma “Dağlıq Qarabağ Respublikası”nın “prezidenti” Samvel Şahramanyanın Azərbaycanın Qarabağ bölgəsindəki qanunsuz rejimin ləğvi ilə bağlı ötən il sentyabrın 28-də imzaladığı dırnaqarası “fərman” qüvvəyə minib. Həmin sənədə əsasən, 2024-cü il yanvarın 1-dən qondarma “Dağlıq Qarabağ Respublikası”nın tərkibindəki bütün dövlət qurumları, təşkilatları ləğv edilib və qondarma rejim fəaliyyətini dayandırıb.

Qeyd edək ki, Azərbaycanın ərazi bütövlüyü beynəlxalq səviyyədə tanınıb və əvvəl-axır Qarabağdakı separatçılar tərksilah olunacaqdılar. Sadəcə, bunu diplomatik yolla sürətləndirmək lazım idi və Bakı bütün masalarda II Qarabağ savaşından sonra yaratdığı yeni geosiyasi reallıqları qəbul etdirməklə bunu bacardı. Şahramanyan kimiləri isə dırnaqarası imzaları ilə cinayətkar olduqlarını bir daha qəbul edib qaçdılar. Azərbaycan ərazisindəki qondarma rejimin lokal xarakterli antirerror tədbirləri nəticəsində ləğv edilməsi 2023-cü ildə Azərbaycanın ən böyük qələbələrindən biri oldu. Politoloqların təbirincə desək, Azərbaycan ATƏT-in Minsk Qrupunu gorbagor etdiyi halda qondarma rejimin həyatda qalmaq cəhdləri mənasız idi. Ali baş komandan İlham Əliyevin azad olunan torpaqlarda Azərbaycanın üçrəngli bayrağını ucaltması şanlı qələbənin təcəssümüdür. Zəfər günündə Xankəndidə keçirilən hərbi parad, ardınca Qarabağ və Mərkəzi Ordu İdman Klubu arasında futbol üzrə Azərbaycan kuboku oyununun keçirilməsi ermənilərin “Artsax” tələblərinin sarsaq xam xəyaldan başqa bir şey olmadığının isbatı oldu.

Həmçinin yoxlayın

ABŞ-ın “Ruzvelt” aviadaşıyan gəmisi Yaxın Şərqə daxil olub

GADTB: “Aksios” nəşrindən sonra Birləşmiş Ərəb Əmirliklərinin “The National” jurnalı və “Jerusalem Post” qəzeti də …

İrqçi fars rejiminin parlamenti xarici ölkələrin media qurumları ilə əməkdaşlığı cinayət hesab edir

GADTB: İran parlamenti media məkanının məhdudlaşdırılması və informasiyanın sərbəst yayılmasına qarşı təzyiqlərin gücləndirilməsi istiqamətində atdığı …