Cümə , Oktyabr 16 2026
azfa

Urmiya gölünün qurumasının quraqlıqla əlaqəsi olmadığına etiraf

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, İranlı ekoloq və ətraf mühit mütəxəssisi Urmiya gölünün qurumasının quraqlıqla əlaqəsi olmadığına etiraf edib.

İranlı ekoloq və ətraf mühit mütəxəssisi dövlət televizyasında çıxış edərkən deyib:

“Urmiya gölünün qurumasında iqlim dəyişikliyi və quraqlığın rolu 31%, Energetika Nazirliyinin rolu isə 69%-dir. Gölün ətrafında çoxlu sayda bəndlərin tikilməsinin də bunda təsiri var. Bununla yanaşı, gölün ətrafında salınan 300 min hektar bağ sahələrinin 600 min hektara qədər genişləndirilməsi də gölün qurumasına gətirib çıxarıb”.

Qeyd edək ki, irqçi fars-molla rejimi Urmiya gölünə tökülən çayların qarşısında bənd çəkməklə gölü qurudub və Azərbaycanı xarabaya çevirib. Körfəz və Umman dənizindən isə farsların yaşadığı səhralıqlara su çəkib.

Həmçinin yoxlayın

Ermənistan Azərbaycanla enerji əməkdaşlığını nəzərdən keçirir

GADTB: Ermənistan Azərbaycanla enerji sahəsində əməkdaşlığı inkişaf etdirmək niyyətindədir. Bunu Rusiya Enerji Həftəsi çərçivəsində ““3+3” …

Molla rejimin əlaltıları Azərbaycana qarşı aksiya keçirdilər

GADTB: Dünən molla rejimin əlaltıları Azərbaycanın Təbrizdəki Baş konsulluğunun binasının qarşısında Azərbaycanda vahid məktəb geyimi …