GADTB: İranda Zəlzələləri Proqnozlaşdırma Mərkəzinin rəhbəri Urmiya gölü ərazisində baş verən zəlzələlər haqqında deyib: Görünür, Urmiya gölündə baş verən son zəlzələlərin başlamasında yeraltı suların drenajı və gölün qurudulması təsirli olub.
Doktor Mehdi Zare Mehr Xəbər Agentliyinə verdiyi müsahibədə son həftələrdə baş verən çoxsaylı zəlzələlərin səbəbləri ilə bağlı bunları deyib: “Urmiya gölünün cənub hissəsinin (qurumuş) ortasında 4,0 bal gücündə zəlzələ baş verib. 2025-ci il yanvarın 9-u bu dövrün mühüm hadisələrindən biridir.”
Urmu gölünün quruması ilə bu bölgədə zəlzələlərin baş verməsi arasında mümkün əlaqəyə toxunan Mehdi Zari məsələni belə izah edib: Urmiya gölündə seysmikliyin artması bu su hövzəsinin son 27 ildə quruması ilə bağlıdır.
Mehdi Zari 2023-ci il yanvar 28-də Xoyda baş verən zəlzələni də gölün quruması nəticəsində baş verdiyini bildirib.
Qeyd edək ki, irqçi fars-molla rejimi gölə axan çayların qarşısında səd vurmaqla gölü qurudub.