GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, dünya ictimaiyyətini həyasızcasına aldadan riyakar Xamneyi üç gün inkardan sonra inkaredilməz faktlar qarşısında Tehrandan Ukraynaya uçan sərnişin təyyarəsini raketlə vurduğuna etiraf etdi.
Son üç gündə təyyarənin süqutunun əsas səbəbini gizlətməyə çalışan, qəzanın təyyarədə yaranmış texniki nasazlıq ucbatından süqut etdiyinə israr edən yalançı və riyakar molla rejimi Kanada, Amerika, Ukrayna və “Boeing” şirkətinin inkaredilməz faktları qarşısında qalaraq sərnişin təyyarəsinin Sepahın raketilə vurulduğuna etiraf etməyə məcbur oldu.
Bununla bağlı İran Silahlı Qüvvələrinin Baş Qərargahı yanvarın 11-də bəyanat yayaraq, təyyarənin səhvənSepahın hava hücumundan müdafiə qüvvələri tərəfindən vurulduğunu bildirib.
İran Silahlı Qüvvələrinin Baş Qərargahı Bəyanatda deyilir ki, İran Silahlı Qüvvələrinin Baş qərargahı baş vermiş qəzaya görə, hadisə qurbanlarının ailələrindən üzrxahlıq edərək onlara başsağlığı verir və gələcəkdə bir daha bu kimi halların təkrar olunmaması üçün müəyyən tədbirlər görəcək: “Təəssüflər olsun ki, Tehran-Kiyev sərnişin təyyarəsi səmaya qalxandan sonra Sepahın həssas hərbi mərkəzlərindən birinə yaxın məsafədə uçduğuna görə, səhvən düşmən hədəfi kimi nəzərə alınaraq, səhvən Sepahın yer-göy raketi ilə vurulub. Sepah rəsmiləri qısa zamanda mediaya açıqlamasında hadisənin dettallarını xalqa açıqlayacaqlar”.
Qeyd edək ki, Orta Şərq ölkələrini qarışdırmaqla son onilliklərdə bir milyondan çox müsəlmanın ölümünə səbəb olan terrorçu Qasım Süleymani ABŞ tərəfindən öldürüldükdən sonra Xamneyi və Sepah rəsmiləri həmişəki kimi boş boğazlıq edərək ABŞ-a ağır zərbələr endirməklə hədələdilər. Korlanmış imiclərini az da olsa yaxşılaşdırmaq məqsədilə ABŞ-la 3 ölkə vasitəsilə əlaqəyə girərək tələfatın və hətta ciddi maddi xəsarətin olmayacağı iki hərbi bazaya raket zərbələri razılaşdırıldı. Trampın da qeyd etdiyi kimi ABŞ-ın nəzarəti altında heç bir ABŞ əsgərinin burnunun qanamayacağı raket zərbəsi tamaşası yanvarın 8-i səhər saat saatlarında oynandı və həmin teatr oyunu prosesində Tehrandan Ukraynaya uçan sərnişin təyyarəsi Tehran ətrafında sepahın İraqa atdığı raketlərin biri vasitəsilə vurulub partladı.
Tehrandan göyə qalxan Ukrayna Hava Yollarına məxsus “Boeing 737” sərnişin təyyarəsinin Xamneyinin göstərişi ilə terrorçu Sepahın raket atəşi nəticəsində 11-i Ukrayna vətəndaşı olmaqla, ekipaj heyəti ilə birlikdə 180 nəfər həyatını itirib. Öldürülənlərin 147 nəfəri İran vətəndaşlarıdır. Onlardan 63-ü isə həm İran, həm də Kanada vətəndaşları olub.
Sərnişin təyyarəsinin terror aktı formasında İran raketi ilə vurulması barədə yayılan xəbərləri təkzib edən rəsmi Tehran, hadisənin təyyarədə yaranmış texniki nasazlıqdan baş verdiyini uydururdu. Məsələnin dəqiq araşdırılmasına mane olaraq, təyyarənin iki qara qutusunu “Boeing” şirkətinə və ya Fransaya təhvil verməkdən boyun qaçırır.
Kanadanın baş naziri Castin Trüdo yanvarın 9-da jurnalistlərə açıqlamasında iki gün əvvəl Tehranın beynəlxalq hava limanı yaxınlığında qəzaya uğrayan Ukraynanın sərnişin təyyarəsinin Sepahın yer-göy raketi ilə vurulduğunu demişdi: “Bizim dünyanın müxtəlif təhlükəsizlik qurumlarından, eləcə də öz kəşfiyyat orqanlarımızdan aldığımız məlumatlar onu göstərir ki, Ukraynanın sərnişin təyyarəsi İranın yer-göy raketi ilə vurulduqdan sonra düşüb. Əlbəttə, raket səhvən də atılmış ola bilər. Lakin bizim bu barədə yeni və geniş bir araşdırma aparmağa ehtiyacımız var.
Mən bu barədə Ukrayna prezidenti ilə də danışmışam. O məni əmin edib ki, qəzanın səbəbləri barədə araşdırma aparılması üçün ekspertlər qrupu ilə tam əməkdaşlıq edəcəklər. Bizim xarici işlər nazirimiz iranlı həmkarı Məhəmmədcavad Zəriflə danışıb və məsələnin araşdırılması üçün kanadalı ekspertlərin İrana səfərinə şərait yaradılmasının vacibliyini vurğulayıb.
Bizim hazırda bir diplomatımız Türkiyəyə yola düşüb. İran rəsmiləri isə ona Tehrana gedib məsələni yaxından araşdırması üçün viza verəcəklərinə söz veriblər”. Molla rejiminin bu terror aktından öncə isə dünya ictimaiyyətini aldatmaq məqsədilə baş terrorşu Qasım Süleymaniyə Tehran, Məşhəd, Kerman və s. şəhərlərdə dövlət tərəfindən təşkil olunmuş vida mərasimləri keçirildi. Rejim xalqdan oğurlamış pullar hesabına sayı milyonlarla olan Sepah və bəsic terrorçularını səfərbər edib onları şəhər-şəhər gəzdirib izdihamlı vida mərasimləri keçirdi. Hətta Livandan porno ulduzu da Tehrana gətizdirib vida mərasimində iştirak etdirdi. Kermanda isə mxtəlif şəhərlərdən toplayıb avtobus, təyyarə və s. nəqliyyat vasitələrilə gətirdiyi terrorçu sepah və bəsic üzvlərini çıxışlarını bağlamış bir prospektə sıxışdırmaqla daha izdihamlı görüntü nümayiş etdirməyə çalışdı. Nəticədə sepah və bəsic terrorçuları bir-birini ayaqlayıb öldürdülər. 60 nəfərdən çox terrorçu gəbərdi və 300-dən çöxu isə yaralandı. Bunlardan məqsəd isə baş terrorçunu İran adlanan ərazidə insanların çox istədiyini nümayiş etdirmək idi.