Bazar , Yanvar 24 2021
azfa

Erməni təcavüzünü pislədiyinə görə İranın yaxaladığı fəallar qeyri-müəyyən vəziyyətdə həbsdə saxlanılır

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Ermənistanın şiə ölkəsi Azərbaycana hərbi təcavüzünü pislədiyinə görə antiislam Xamenei rejiminin yaxaladığı azərbaycanlı fəallardan 8 nəfəri barədə hər birinə qarşı 500 milyon tümənlik mülki vəsiqə qərarı çıxarılsa da, rejim onları Ərdəbildə yerləşən zindanda qeyri-müəyyənlik davam edir.

Fəalların yaxalanmasından 27 gün keçməsinə baxmayaraq, ailələrin fəalları barədə məlumat almaq üçün hər gün təhlükəsizlik və məhkəmə orqanlarına etdikləri müraciətlər cavabsız qalıb.

Rejim heç bir günahı olmayan və yalnız Ermənistanın Azərbaycan şiələrinə hərbi təcavüzünü pislədiklərinə görə həbs etdiyi fəalları işgəncə edib, qeyri-müəyyən vəziyyətdə həbsə atıb.

Azərbaycanlı milli-mədəni fəallar sentyabrın sonları oktyabrın əvvəllərində Azərbaycan Ordusuna və Qarabağın azadlığı uğrunda keçirdiyi əməliyyatlarda dəstək verdikləri üçün İran rejiminin təhlükəsizlik qüvvələri tərəfindən vəhşicəsinə döyülərək həbs ediliblər.

Qeyd edək ki, sentyabrın 29-da Ərdəbilin Ciral parkında Ermənistanın Azərbaycana hərbi təcavüzünü pislədiyi və Qarabağın azadlığı uğrunda Azərbaycanın keçirdiyi əməliyyatlara dəstək məqsədilə təşkil edilmiş aksiyada iştirakına görə bir çox azərbaycanlı fəal ermənipərəst İran rejimi tərəfindən vəhşicəsinə döyülərək həbs edilib.

İranın molla rejimi əsil antiislam və Qriqoryan Respublikası olduğunu sübut etmək, eləcə də müsəlman azərbaycanlıların uşaqlarını qətliam etdirmək üçün işğalçı Ermənistanı silah-sursatla və onların tankları və təyyarələrini yanacaqla təmin edir. Bu isə haqq-ədalət tərəfdarı olan insanların narazılığına səbəb olur.

Həmçinin yoxlayın

Berlində Çinə qarşı böyük yürüş: Uyğurların soyqırımını dayandırın

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Almaniyanın paytaxtı Berlində Çinin Şərqi Türküstandakı Uyğurlara qarşı …

“Radiofarda”dan azərbaycanlı milli fəal Rza Vasiqi barədə proqram – Video

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, “Radiofərda” İranın həbs etdiyi azərbaycanlı siyasi məhbus Rza …

Bir cavab yazın